top
Arif Əsədov: “Millidə psixoloji durumu yaxşı deyil” İdman.biz
15 oktyabr 2024, 15:02
- ↺ +

Arif Əsədov: “Millidə psixoloji durumu yaxşı deyil”

"Slovakiya millisinin güclü rəqib olması məlum məsələ idi. Bu baxımdan da matçın çətin keçəcəyi proqnozlaşdırılırdı".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, yığmamızın Millətlər Liqasının IV turu çərçivəsində Bakıda Slovakiyaya 1:3 hesabla məğlub olduğu matçı şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, rəqib nəinki oyunun, qrupun favoritidir: "Estoniyaya məğlubiyyətdən sonra millimizin psixoloji durumu heç də yaxşı deyildi. İlk hissədə gözlənilmədən buraxdığımız qola kimi bu hal özünü büruzə verirdi. Amma sonradan komanda toparlandı, üstünlüyü ələ aldı. İlk hissənin sonlarına yaxın qol vuraraq hesabı bərabərləşdirməyə də nail ola bildik. Amma ikinci 45 dəqiqədə taktiki dəyişiklik oldu, 5-li müdafiədən 4-lüyə keçdik. Emin Mahmudovu oyuna buraxmaqla ortada bir az da üstünlük yaratmağa çalışdıq. Lakin matçın dönüş nöqtəsi Mahir Emrelinin qırmızı vərəqə alması oldu".

Əsədovun sözlərinə görə, Mahiri cəzasından öncə dəyişməyə ehtiyac var idi: "Çünki "sarısı" vardı, eyni zamanda tam fiziki formada olmadığı üçün yorulmuşdu. Bu səbəbdən nəzərə alınmalı bir durum idi. Məşqçilər dəyişiklik etməliydi. Bəlkə də, Mahiri Renat Dadaşovla dəyişsəydilər, qırmızı vərəqə olmayacaqdı. 10 nəfərlə belə rəqibə qarşı mübarizə aparmaq bizim milli üçün demək olar ki, çətin idi. Bütün bunlara görə də, ikinci və üçüncü qolları buraxdıq, nəticədə də məğlub olduq. Psixoloji durumumuz yaxşı deyil. Qrupda sonuncu olmamaq barədə düşünməliyik ki, D liqasına enməyək. Çalışıb son oyunlarda maksimum xallar götürməliyik. Bunun üçün də son dərəcədə hazırlaşmalıyıq".

Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 16-da Estoniyaya qarşı keçirəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Oxşar xəbərlər