top
Arif Əsədov: Klublarımızın Konfrans Liqasında mərhələ keçmək imkanları var Idman.biz
31 iyul 2025, 17:02
- ↺ +

Arif Əsədov: Klublarımızın Konfrans Liqasında mərhələ keçmək imkanları var

"Bu gün meydana çıxacaq hər üç klubumuzun mərhələ keçmək imkanları var".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov "Sabah", "Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri cavab qarşılaşmaları barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, təmsilçilərimiz arasında ən real şans ilk matçda Moldovanın "Petrokub" kollektivini iki cavabsız qolla məğlub edən "Sabah"dadır: "Növbəti raunda vəsiqəni demək olar ki, 70-80 faiz həll ediblər. Amma bu, heç bir halda arxayınlıq yaratmamalıdır. Oyuna ciddi yanaşmalı, hücum futbolu nümayiş etdirib, qollar vurmalıdırlar. "Zirə" və Xorvatiyanın "Hayduk" komandaları arasında keçiriləcək görüşə gəlincə, burada üstünlük az da olsa, rəqibin tərəfindədir. Çünki Bakıdan qollu heç-heçə ilə qayıtdılar və bu gün doğma meydanda oynayacaqlar. "Zirə"nin rəqibin təzyiqinə necə tab gətirəcəyi sual altındadır. Amma onu da qeyd etmək lazımdır ki, təmsilçimizin bu cür vəziyyətlərdə təcrübəsi var. Ötən il də "Osiyek" kimi iddialı klubu eyni ssenari ilə üstələmişdilər".

Azərbaycan millisinin sabiq baş məşqçisi "Araz-Naxçıvan"ın Yunanıstanın "Aris" komandası üzərində ev qələbəsindən (2:1) sonra daha motivasiyalı oyun nümayiş etdirəcəyinə inandığını söyləyib: "Şansları heç də az deyil. Lakin qarşı tərəf də güclü və istəklidir. Öz meydanında fərqli oyun sərgiləyə bilər. Bu baxımdan Naxçıvan təmsilçisi çətinliklə üzləşəcək. Müdafiədə boşluqlara yol verməməli, taktiki baxımdan oyunu düzgün qurmalıdırlar. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirsələr, növbəti mərhələyə adlaya bilərlər".

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Petrokub" matçı saat 20:00-da, Saloniki şəhərində yerləşən "Kleantis Vikelidis" stadionunda təşkil olunacaq "Aris" - "Araz-Naxçıvan" qarşılaşması saat 22:15-də, Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək "Hayduk" – "Zirə" görüşü isə saat 23:00-da start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər