top
Arif Əsədov Klublararası Dünya Çempionatının finalı və tənqidləri haqqında danışdı Idman.biz
11 iyul 2025, 16:06
- ↺ +

Arif Əsədov Klublararası Dünya Çempionatının finalı və tənqidləri haqqında danışdı

"Klublar arasında çox maraqlı dünya çempionatı gedir. Müxtəlif kontinentlərin futbol mentalitetini görür, fərqli-fərqli oyun üslubları və taktikalarını izləyirik. Futbolun ən çox inkişaf etdiyi Avropa qitəsinin klubları finala yüksəlməyi bacardı. İki komandanı müqayisə etsək, PSJ-nin bu gün dünyanın ən yaxşı klublarından biri, hətta birincisi olduğunu deyə bilərik. Son illərdə əldə etdikləri kuboklar, nümayiş etdikləri möhtəşəm futbol bunu deməyə əsas verir".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatının final oyununda üz-üzə gələcək İngiltərənin "Çelsi" və Fransanın PSJ komandalarının şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssisin sözlərinə görə, baş məşqçi Luis Enrikenin gəlişindən sonra Paris klubunda müsbət mənada çox şeyin dəyişdiyini görmək olur: "Öz oyun fəlsəfəsini futbolçulara aşılaya bilib. Əvvəllər bu klub daha çox ulduz futbolçulara bel bağlayırdı. Komandanın heyətində Lionel Messi, Neymar və Kilian Mbappe kimi futbol dünyasının tanınmış simalarının yer aldığı dövrlərdə bugünkü qədər uğur qazana bilmirdilər. İspaniyalı çalışdırıcı sayəsində PSJ artıq ulduzlardan ibarət komanda deyil, təşkilatlanmış güclü kollektivə çevrilib. Təbii ki, final görüşündə favorit olaraq Fransa təmsilçisini görürəm. Qalib gələcəklərinə inanıram. Amma "Çelsi"də də baş məşqçi Enzo Mareskanın gəlişindən sonra nizam-intizam baxımından yüksəliş hiss olunur. Sistemli şəkildə oynayırlar. Amma PSJ qarşısında şanslarının az olduğunu düşünürəm".

Futbol ictimaiyyətinin bu turnirin təşkili ilə bağlı narazılıqlarından da söz açan Əsədov tənqidlərə haqq verdiyini söyləyib: "Meydançalarla bağlı narazılıqlar və şikayətlər çoxdur. Təbii ki, bu gün dünyada texnologiya və futbol o qədər inkişaf edib ki, artıq xırda detallara belə diqqət yetirilir. Digər tərəfdən, futbolçular üçün turnirlərin və oyunların sayı kifayət qədər artıb. Fiziki yorğunluq da öz sözünü deyir. Belə olan halda zədələnmələr də çoxalır. Düşünürəm ki, haqlı üsyandır. Başqa bir narazılıq isə ABŞ-da kəskin istilərin hökm sürməsi ilə bağlıdır. Fikrimcə, istənilən hava şəraitinin öhdəsindən gəlmək olar, amma keyfiyyətsiz meydançaların yox. Meydança amili çox önəmlidir, ona görə də ot örtüyü ideal olmalıdır".

Qeyd edək ki, iyulun 13-də təşkil olunacaq "Çelsi" – PSJ qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Digər
Bu gün, 11:57

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Futbol
Bu gün, 11:08

İmişli 10-cu qələbəsini Şamaxı qarşısında qazanıb

Futbol
Bu gün, 11:06

Futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsi oyunlarının təyinatları məlum oldu

Qarabağ FK
Bu gün, 11:01

Davit Volkov Azərbaycan çempionatında eyni klubda 40 qol vuran 30-cu oyunçu kimi tarixə düşdü.

Qarabağ FK
Bu gün, 11:00

Qarabağ futbolçusundan açıqlama: “Titul üçün mübarizə üç komanda arasında olacaq”

Digər
Bu gün, 10:57

Avropa Muay Thai Çempionatında 4 Medal Qazanıldı

Futbol
Bu gün, 10:44

Doruxan Toköz və Helin Kandemir Yenidən Birlikdə; "Kandırdım" Mahnısı Sosial Şəbəkələrdə Diqqət Çəkdi

Futbol
Bu gün, 10:42

Robert Levandovski 16 illik qol quraqlığı ilə Polşadan sərt tənqid alır

Futbol
Bu gün, 10:40

Gecə Qızıl Topun Qalibi Açıq Olacaq: Ən Gözlənilən Namizədlər

Qarabağ FK
Bu gün, 10:20

Premyer Liqada IX tur 11 340 azarkeşlə izlənildi

Futbol
Bu gün, 10:00

Baku Sportinq yeni baş məşqçisi Bəxtiyar Soltanov təyin edildi

Futbol
Bu gün, 09:58

2026-cı il Qızıl Top mükafatının təqdimat mərasimi ilk dəfə Londonda keçiriləcək

Futbol
Bu gün, 09:40

Everton, Manchester United hücumçusu Markus Reşford ilə danışıqlara başladı

Güləş
Bu gün, 09:37

Dörd Azərbaycan güləşçisi dünya çempionatında çıxış edəcək

Futbol
Bu gün, 09:28

U-15 Milli Komanda Bu Gün İki Matça Oynayacaq: İsrail və Haiti ilə

Futbol
Bu gün, 09:23

Ronaldino 11 il sonra futbola qayıdır – Əfsanələrin geri dönüşü

Oxşar xəbərlər