Bizi çətin və maraqlı oyun gözləyir.
İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Arif Əsədov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa kollektivinə qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
O, Fransa millisinin ikinci heyətinin də güclü olduğunu bildirib:
"Rəqib Bakıya əsas futbolçularını gətirməsə də, Didye Deşamın bügünkü görüşdə güvənəcəyi adlar da top klublarda çıxış edirlər. Düzdür, yığmadan sürpriz gözləmək çox çətindir. Sadəcə, seçmə mərhələdə son matçımızdır, inamlı oynamalıyıq. Satışa çıxarılan biletlərin hamısı alınıb, maraq böyük olacaq. Azarkeşlərə baxımlı oyun nümayiş etdirmək lazımdır".
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.