Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin uzun illər geyindiyi 10 nömrəli formanı hələlik heç bir futbolçuya verməmək qərarına gəlib.
İdman.Biz "TyC Sports"a istinadən xəbər verir ki, noyabr ayında keçiriləcək iki yoldaşlıq görüşündə Argentina millisinin heç bir üzvü 10 nömrəli forma ilə meydana çıxmayacaq.
Buna səbəb yoldaşlıq oyunlarında futbolçulara 1-dən 11-ə qədər bütün nömrələrin verilməsinin məcburi olmamasıdır.
Messinin nömrəsinin yeni sahibi ilə bağlı qərarın 2027-ci ildə, Cənubi Amerika üzrə dünya çempionatının seçmə mərhələsi başlayarkən verilməsi gözlənilir.
Hazırda bu nömrəni geyinməyə əsas namizəd İtaliyanın "Komo" klubunda çıxış edən Nikolas Pas hesab olunur. Aleksis Mak Allister, Enzo Fernandes və Franko Mastantuono da mümkün namizədlər sırasındadır.
Qeyd edək ki, Argentina millisi noyabrın 13-də Uruqvay, 17-də isə Kosta-Rika ilə yoldaşlıq görüşü keçirəcək. Messi oktyabrın 6-da Beninlə matçda milli komanda ilə vidalaşıb.