Kevin De Bruyne cari mövsüm başa çatdıqdan sonra "Mançester Siti"ni azad agent kimi tərk edəcək. Sport24.az "TyC Sports"-a istinadən xəbər verir ki, Avropa klubları ilə yanaşı, Səudiyyə Ərəbistanı və MLS təmsilçiləri belçikalı yarımmüdafiəçini öz sıralarında görmək istəyirlər.
Belçikalı ulduza Cənubi Amerikadan da təklif var. Belə ki, Argentinadan "River Pleyt" də onu sıralarında görmək istəyir. Futbolçunun isə hansı qərar verəcəyi mövsümün sonunda məlum olacaq.
Qeyd edək ki, 33 yaşlı futbolçu cari mövsümdə "Mançester Siti"nin heyətində 30 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.