İngiltərə millisinin hücumçusu Harri Keyn özünəməxsus rekorda imza atıb.
İdman.biz xəbər verir ki, o, yığma və klubda ardıcıl 23 penaltini dəqiq yerinə yetirib.
"Bavariya"da çıxış edən forvard Millətlər Liqasının 6-cı turunda İrlandiya ilə görüşün 53-cü dəqiqəsində növbəti dəfə "ağ nöqtə"yə yaxınlaşıb. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə Keyn 5:0 hesablı qələbənin əsasını qoyub.
Qeyd edək ki, Harri sonuncu dəfə DÇ-2022-nin 1/4 finalında penaltini dəqiq yerinə yetirə bilməyib.
İdman.biz