"Real"ın futbolçusu Arda Güler klubdakı gələcəyi ilə bağlı qərar verib. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, türk yarımmüdafiəçi qışda Madrid təmsilçisini tərk edəcək.
Arda və ailəsi "Real"dan başqa kluba icarəyə getmək barədə fikirlərini qətiləşdirib. 19 yaşlı futbolçu daha çox forma şansı qazana biləcəyi yerə getmək niyyətindədir.
Qeyd edək ki, "Real" Arda Güleri ötən ilin yayında "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin gənc üzvü bu mövsüm "Kral klubu"nun heyətində 12 rəsmi matçda 307 dəqiqə meydanda olub. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.