top
“Araz-Naxçıvan”nın legioneri: “Əlimizdən gələni maksimum edəcəyik” İdman.biz
18 iyul 2024, 10:56
- ↺ +

“Araz-Naxçıvan”nın legioneri: “Əlimizdən gələni maksimum edəcəyik”

"Burada olmaq və oynamaq karyerama təsir edəcək".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"nın yeni transferi Benny deyib.

Təlim-məşq toplanışını Ərzurumda davam etdirən klub gündəlik məşqlərlə yanaşı, yoxlama oyunlarında da gücünü sınayır. Türkiyə Superliqa təmsilçisi "Alanyaspor"la toplanışın ilk yoldaşlıq görüşündə (1:1) debüt edən portuqaliyalı futbolçu oyunla bağlı təəssüratlarından danışıb: "Alanyaspor"la matç yoxlama xarakteri daşısa da, meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm".

27 yaşlı yarımmüdafiəçi keçidi haqda isə bunları deyib: "Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dedim ki, dəyərləndirək. Artıq 1 həftədir ki, "Araz-Naxçıvan"ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir heyətimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələni maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün biz futbolçular çox çalışmalıyıq".

Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini bildirib: "Əlbəttə, hə dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdi. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək".

Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın "Farmaçao", "Oeiraş", "Belenenseş", SAD, "Benfika B", "Şaveş", "Uniao Torreense" və Kiprin "Doxa Katokopias" klublarında çıxış edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki transfer etməyi planlaşdırır

Digər
Bu gün, 17:36

İoannis Diamantakos: “Əsas hədəfimiz təcrübə toplamaqdır”

Digər
Bu gün, 17:30

“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Oxşar xəbərlər