Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan"ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Bu barədə "Report"a Naxçıtan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda bu gün daha bir oyun keçirəcək. "Qırmızı-ağlar" Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi "Konyaspor"la üz-üzə gələcək.
Qeyd edək ki, komandamız toplanışı iyulun 17-də "Trabzonspor"la keçirəcəyi oyunla yekunlaşdıracaq.