top
Araz-Naxçıvanın müdafiəçisi: Böyük üstünlüyümüz yoxdur, hesabı qorumaq yox, öz oyunumuzu davam etdirməliyik Idman.biz
30 iyul 2025, 14:10
- ↺ +

"Araz-Naxçıvan"ın müdafiəçisi: "Böyük üstünlüyümüz yoxdur, hesabı qorumaq yox, öz oyunumuzu davam etdirməliyik"

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Futbolinfo.az-a müsahibəsi

– Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Aris"i məğlub edərək (2:1) hamını yaxşı mənada təəccübləndirdiniz. Yunanları məğlub yola salacağınızı gözləyirdiniz?

– Çətin oyun keçəcəyini bilirdik. Matça ciddi hazırlaşmışdıq. İstəyirdik ki, ilk görüşdə sərfəli nəticə qazanaq. Çox şükür, alındı. Bəlkə də daha yaxşı hesab qeydə alına bilərdi. Ancaq ilk oyun üçün bu nəticə də normaldır.

– İlk görüşə əsasən, rəqibin heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

– Rəqibin heyətində, demək olar ki, bütün futbolçular güclüdür. Buna görə də kimisə fərqləndirmək istəmirəm.

– Oyunda hakim idarəçiliyi çox tənqid olundu. Referinin qərarları ilə bağlı sizin fikriniz necədir?

– Hakimin matç ərzində səhv qərarları oldu. Ancaq bunda qərəz olduğunu demək çətindir. Demək olar ki, komandamızın əksər üzvlərinə sarı vərəqə göstərdi. Hər şeyə rəğmən, qələbə qazandıq. Əsas olan da budur. İnşallah, cavab görüşündə uğurlu nəticənin ardı gələr.

– "Aris"lə cavab matçından gözləntiniz nədir? İlk oyundakı üstünlüyü Yunanıstanda qoruya biləcəksiniz?

– İkinci qarşılaşmanın daha çətin keçəcəyini düşünürəm. Bakıdakı oyunda qeydə alınan nəticə elədir ki, böyük üstünlüyümüz yoxdur. Buna görə də hesabı qorumaq yox, öz oyunumuzun davamını gətirmək lazım gələcək.

– İqor Ribeyro ilə uzun müddətdir müdafiədə tandem təşkil edirsiniz. Onun "Neftçi"yə gedişi sizi məyus etməyəcək?

– İqorun komandada qalmasını istərdik. Amma bəzi şeylər var ki, bizdən asılı deyil.

– Yeni transferlərdən ən çox kimin komandanı gücləndirdiyini düşünürsünüz?

– Yeni transferlerimiz komandaya uyğunlaşıblar və faydalı olmağa çalışırlar. Deyərdim ki, hər kəs əlindən gələni edir.

– Hazırkı "Araz-Naxçıvan" Premyer Liqanın yeni mövsümündə çempionluq mübarizəsi apara biləcək gücdədir?

– Məncə, bu haqda danışmaq zamanı deyil. Hazırda bütün fikrimizi "Aris"lə cavab oyununa yönəltmişik. Mərhələni keçmək istəyirik. Çempionat haqda sonra düşünəcəyik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər