top
Araz-Naxçıvanın kapitanı Arislə oyun öncəsi hazırlıqlardan danışdı Idman.biz
19 iyun 2025, 16:34
- ↺ +

"Araz-Naxçıvan"ın kapitanı "Aris"lə oyun öncəsi hazırlıqlardan danışdı

"Püşkatma zamanı səpələnməmişlər qrupunda olduğumuz üçün bilirdik ki, çətin rəqiblərdən biri ilə düşəcəyik".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstanın "Aris" komandası ilə bağlı danışarkən deyib.

O, ilk oyuna kimi tam hazır olacaqlarını bildirib: "Hələlik heyətimizi formalaşdırmağa davam edirik. Həm Azərbaycanda, həm də Türkiyədə təlim-məşq toplanışımız olacaq. Bildiyiniz kimi, oyunçuların əksəriyyəti gedib. Yeniləri də yavaş-yavaş komandaya qoşulurlar. Onların uyğunlaşmasına zaman lazımdır. Baş məşqçimiz Elmar Baxşıyev yaxşı komanda formalaşdırmağı bacarır. "Aris"in nə qədər güclü olduğunu bilirik, lakin Yunanıstana gəzinti üçün getməyəcəyik. Hər iki matçda rəqibə güclü tərəflərimizi göstərməyə çalışacağıq. İnanıram ki, yaxşı hazırlıq keçib, onlara qarşı layiqli mübarizə aparacağıq".

Vaxtilə "Qəbələ"nin heyətində Avrpa Liqasında "Panatinaikos" komandasına qarşı oynamış 32 yaşlı müdafiəçi Yunanıstan klublarının Azərbaycan təmsilçiləri ilə matçlarda aqressiv mübarizə apardığını söyləyib: "Yunan klubları bizə qarşı qəzəbli olurlar. Hiss edirəm ki, bu dəfə də eyni ssenari olacaq. İnanıram ki, birgə iş sayəsində rəqibin və azarkeşlərin təzyiqi altından çıxa biləcəyik".

Ü.Abbasov bildirib ki, klub rəhbərliyi Konfrans Liqasında "Araz-Naxçıvan"ın qarşısına konkret hansısa hədəf qoymayıb: "Nə qədər çox mərhələ keçsək, bizim üçün bir o qədər yaxşıdır. Əldə edəcəyimiz uğur həm azarkeşlərimizə, həm də Azərbaycan xalqına stimul verəcək".

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk matçı evdə, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Oxşar xəbərlər