top
“Araz-Naxçıvan”ın futbolçusu: “Tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz” - MÜSAHİBƏ Idman.biz
04 may 2025, 12:08
- ↺ +

“Araz-Naxçıvan”ın futbolçusu: “Tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz” - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Miço Kuzmanoviçin Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XXXIII turunda "Sabah"la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Maraqlı oyun alındı. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Bizim üçün də vacib matç idi. Qalib gəlsəydik, bürünc medalları qazanmaq yolunda böyük addım atmış olacaqdıq. Yekunda heç-heçə qeydə alındı. Düşünürəm ki, 1:1 ədalətli nəticədir.

- Qələbə qazanmaq üçün nə çatışmadı?

- Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Fərqlənmək üçün bir neçə şansımız var idi. Təəssüf ki, ikinci dəfə rəqib qapısına yol tapmaq mümkün olmadı. Hesabı 2:0 etsəydik, işimiz daha asan olardı.

- Artıq neçənci oyundur ki, "Araz-Naxçıvan" hesabı açdıqdan sonra nisbətən geri çəkilir və qapısında qol görür. Bu, nədən irəli gəlir?

- Dəqiq bir söz demək çətindir. Ola bilər ki, psixoloji təzyiqdir. Bəlkə də mövsümün sonudur deyə, güc çatışmır. Hesabı açdıqdan sonra rəqib üstünlüyü ələ alır və fərqlənir. Halbuki hesab arasındakı fərqi artıra bilsək, belədə daha yaxşı nəticələr qazanarıq.

- Sona 3 tur qalıb və "Turan Tovuz"la aranızdakı xal fərqi 6-ya bərabərdir. "Araz-Naxçıvan"ın bürünc medal qazanmaq şansını necə dəyərləndirirsiniz?

- Şansımız kifayət qədər yüksəkdir. Bir qələbə bizə kifayət edə bilər. Sona 3 tur qalıb və hər matçda qələbə qazanmaq istəyirik. Bütün mövsümü ilk üçlükdə keçirmişik. Ona görə də şansımızı əldən verə bilmərik. Var gücümüzü toplayıb qarşıdakı matçlarda yaxşı nəticələr qazanmalı və mövsümü ilk üçlükdə başa vurmalıyıq.

- Növbəti turda artıq çempionluğu təmin edən "Qarabağ"la qarşılaşacaqsınız...

- Çox çətin oyun olacaq. "Qarabağ"ın gücü hamıya məlumdur. Çempion olsalar da, hər matça ciddi yanaşırlar. Ona görə də bizi çox çətin bir qarşılaşma gözləyir.

- Kubokdan fərqli olaraq çempionatda "Qarabağ"a qalib gələ bilməməsiniz. Ağdam klubu ilə mövsümün son matçında uğursuz seriyaya son qoymaq mümkün olacaq?

- Bəli, bu haqda məlumatımız var. "Qarabağ" çox ciddi rəqibdir. Heyətlərində güclü futbolçular var. Onlara qarşı necə oynamaq lazım gəldiyini bilirdik. Qeyd etdiyiniz kimi, "Qarabağ"a qarşı mövsümün son oyunudur. Əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq.

- Öz çıxışınızı necə dəyərləndirirsiniz? Zədə səbəbindən uzun müddət kənarda qaldınız...

- Təxminən 2-3 ay oynamadım. Bu qədər müddət kənarda qaldıqdan sonra müəyyən çətinliklər olur. İndi özümü yaxşı hiss edirəm. Düşünürəm ki, hazıram. Həm meydana çıxmağa, həm də komandama kömək etməyə.

- Yəqin razılaşarsınız ki, ötən mövsüm daha yaxşı çıxış edirdiniz. Həmin Miço Kuzmanoviçi yenidən nə vaxt görəcəyik?

- Mən də bunu arzulayıram (gülür). Fikrinizlə rzıyam. Bu mövsüm çıxışım tam istədiyim kimi alınmadı. Amma hələ 3 tur var. Bu matçlarda əlimdən gələni edəcəm. İnanıram ki, tezliklə meydanda əvvəlki Kuzmanoviçi görəcəksiniz.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər