top
Araz-Naxçıvanın futbolçusu Çarlz Bolinin Omoniya oyunu öncəsi müsahibəsi Idman.biz
04 avqust 2025, 12:16
- ↺ +

"Araz-Naxçıvan"ın futbolçusu Çarlz Bolinin "Omoniya" oyunu öncəsi müsahibəsi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın "Aris" komandasını mübarizədən kənarlaşdıraraq (2:1,2:2) növbəti raunda yüksələn "Araz-Naxçıvan"ın futbolçusu Çarlz Bolinin AZƏRTAC-a müsahibəsi

– "Aris" ilə oyunlarda tarixi nəticəyə imza atdınız. Hər iki görüş barədə nə deyə bilərsiniz?

– Çox xoşbəxtik. Hər iki oyun yaxşı keçdi və sonda düşünürəm ki, layiq olduğumuz qələbəni əldə etdik.

– Açığı, bir çox insan komandanızdan bu nəticəni gözləmirdi...

– Həqiqətən də çoxları bizim uduzacağımızı düşünürdü. Amma komanda şəklində oynayanda böyük işlər görə biləcəyimizi sübut etdik.

– Növbəti rəqibiniz Kiprin "Omoniya" komandasıdır. Şansları necə qiymətləndirirsiniz?

– İki maraqlı oyun olacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik.

– Ötən il Kiprdə "Apollon"un formasını geyinmisiniz və rəqibi yaxşı tanıyırsınız. Bu komanda haqqında nə bilirsiniz?

– "Omoniya" çox yaxşı komandadır. Amma biz də göstərdik ki, yaxşı oynaya bilərik. Çətin oyunlar olacaq. Lakin matça yüksək əhvali-ruhiyyə ilə hazırlaşıb meydanda uğurlu olacağımıza inanıram.

– Rəqibi analiz etmisiniz? Güclü və zəif tərəfləri hansılardır?

– Bütün bunları məşqçi heyəti ilə birlikdə analiz edəcəyik. Onlar bu işdə çox peşəkardırlar.

– Azərbaycan və Kipr futbolunu necə müqayisə edərdiniz?

– Hələ burada çempionat oyunlarında iştirak etməmişəm, ona görə də dəqiq müqayisə aparmaq çətindir.

– Kipr azarkeşləri də yunanlar qədər coşquludur. Onlara qarşı necə mübarizə aparacaqsınız?

– Yunanıstanda etdiyimiz kimi. Sadəcə, meydanda öz işimizə fokuslanacağıq.

– Konfrans Liqasındakı hədəfiniz nədir?

– Bu cür oyunlarda çıxış etmək bizə zövq verir. Hazırda diqqətimizi növbəti iki oyuna yönəltmişik.

– Öz çıxışınızı necə dəyərləndirirsiniz?

– Komandama bacardığım qədər kömək etməyə çalışıram. Meydanda komanda yoldaşlarımla birlikdə oynamaqdan zövq alıram. Ümid edirəm ki, qarşıdakı həftələrdə daha da yaxşı olacağam.

– "Araz-Naxçıvan"ın qarşısına Azərbaycan çempionatında hansı hədəflər qoyulub?

– Yaxşı çıxış etmək və mümkün qədər çox oyunda qalib gəlmək istəyirik. Bu, bizim daha yüksək yerlərdə olmağımıza kömək edəcək.

– Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınız necədir?

– Hazırda burada özümü çox yaxşı hiss edirəm. Bakı gözəl şəhərdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Oxşar xəbərlər