top
Araz-Naxçıvanın əlindəki bürünc, Turan Tovuzun bürünc xəyalı Idman.biz
12 may 2025, 12:02
- ↺ +

"Araz-Naxçıvan"ın əlindəki bürünc, "Turan Tovuz"un bürünc xəyalı

Misli Premyer Liqasının sonuna 2 tur qalsa da, həm qızıl, həm gümüş medalın sahibi, həm də I Liqaya yuvarlanan klub bəllidir.

İdman.biz xəbər verir ki, hələ sahibi müəyyənləşməyən yeganə mükafat bürüncdür.

3-cü yer və Konfrans Liqasına vəsiqəyə iki iddiaçı qalmaqdadır. Amma bürünc böyük ölçüdə "Araz-Naxçıvan"ın öz əlindədir.

Elmar Baxşıyevin yetirmələrinin hesabında 55 xal var. Muxtar Respublika təmsilçisi izləyicisi və yeganə təhlükə olan "Turan Tovuz"u 6 xal qabaqlayır. Bu, son iki tur ərəfəsində böyük üstünlük sayılır.

"Araz-Naxçıvan"ı medaldan cəmi 1 xal ayırır. İki turda qazanılacaq bu xal klubun tarixində ilk medal və avrokuboklarda debüt üçün yetərli olacaq.

Düzdür, komandanı çətin Şamaxı səfəri, ardınca vitse-çempion "Zirə" ilə gərgin qarşılaşma gözləyir. Amma Avropaya bilet üçün bir xal qazanılması kifayət qədər real görünür.

"Araz-Naxçıvan"ın son 2 oyunu:
XXXV tur. "Şamaxı" (s)
XXXVI tur. "Zirə" (e)

"Turan Tovuz"un işi daha çətindir. Qərb təmsilçisi təkcə bürünc və Konfrans Liqasına birbaşa vəsiqə üçün "Araz-Naxçıvan"la mübarizə aparmır. Kurban Berdıyevin yetirmələri eyni vaxtda 4-cü yeri və Konfrans Liqasına nəzəri şansı qorumalıdır. "Sabah"ın nəfəsini az da olsa hiss edən tovuzlular 5 xallıq üstünlüyə malikdir.

"Araz-Naxçıvan"ı keçmək isə hər şeyin maksimal olmasından asılıdır. "Turan Tovuz" son iki turda maksimum xal yığmalı, əsas rəqibi maksimum itki ilə üzləşməlidir.

Qərblilərə Sumqayıt səfərində və "Kəpəz"lə ev görüşündə bir dəfə büdrəməklə bürünc xəyalı ilə vidalaşacaq. Amma iki qələbə də yetərli deyil. Çünki Tovuz klubunun bürüncə çatması üçün naxçıvanlıların da xal toplamaması vacibdir.

"Turan Tovuz"un son 2 oyunu:
XXXV tur. "Sumqayıt" (s)
XXXVI tur. "Kəpəz" (e)

Əgər "Araz-Naxçıvan" iki məğlubiyyət alsa, "Turan Tovuz" iki dəfə qalib gəlsə, xallar bərabərləşəcək. Onda hər şey top fərqindən asılı olacaq. Hazırda bu göstəricidə naxçıvanlılar 4 top öndədir. Amma "Araz-Naxçıvan" iki məğlubiyyət alsa, "Turan Tovuz" iki dəfə qalib gəlsə, bütün nəticələr də minimal fərqli olsa, bu rəqəm də bərabərləşəcək. Amma belə ehtimal çox aşağıdır.

XXXIV turda "Turan Tovuz"un uduzması və "Sabah"ın qələbə qazanması sonunculara 4-cü yer şansını qorumasına səbəb olub. Düzdür, bu pillə ilk baxışdan heç nə vermir. Amma "Qarabağ"ın mayın 31-də kubokun finalında qələbə qazanması 4-cü yeri Konfrans Liqasına aparacaq.

Həmin görüşdə Ağdam klubuna rəqib olacaq "Sabah" avrokuboklara vəsiqəni finaladək təmin etmək üçün "Turan Tovuz"u keçməlidir. 5 xallıq fərqlə yanaşı, qələbə sayı da qərblilərin xeyrinədir.

Ona görə də "Sabah"a yalnız rəqibinin iki məğlubiyyəti və özünün iki qələbəsi lazımdır. Bakılıları "Zirə" və "Neftçi" ilə iki paytaxt derbisi gözləyir. Vasili Berezutskinin yetirmələri üçün 6 xal almaq asan olmayacaq. Amma tovuzluların iki turu xalsız bitirməsi daha çətin görünür.

"Sabah"ın son 2 oyunu:
XXXV tur. "Zirə" (s)
XXXVI tur. "Neftçi" (e)

Qeyd edək ki, XXXV tur mayın 17-18-də, XXXVI tur 23-25-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Oxşar xəbərlər