top
Araz-Naxçıvan və Aris arasında təşkilatçılıq danışıqları başlayıb, təhlükəsizlik əsas mövzu olacaq Report.az
21 iyun 2025, 11:58
- ↺ +

"Araz-Naxçıvan" və "Aris" arasında təşkilatçılıq danışıqları başlayıb, təhlükəsizlik əsas mövzu olacaq

"Araz-Naxçıvan" klubunun rəhbərliyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris"in (Yunanıstan) nümayəndələri ilə təşkilatçılıqla bağlı danışıqlara başlayıb.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov bildirib.

O, ilk növbədə tanışlıq xarakterli söhbətlər aparıldığını söyləyib:

"Püşkatmadan dərhal sonra rəqib komandanın nümayəndələri ilə əlaqə saxladıq. Tanışlıq xarakterli, ilkin danışıqlar oldu. Tələblər barədə yazışmalar başlayıb. Təbii ki, təşkilatçılıqla bağlı elə də çətin proses yoxdur. Amma hər incə məqam tərəflər arasında razılaşdırılacaq. Hələ ki, məlumatlar dəqiqləşdirilir. Stadion, klubun şəraiti, yerləşdikləri şəhər, viza, nəqliyyat və logistika məsələləri, komandanın qarşılanması və yola salınması ilə bağlı ilkin söhbətlərimiz olub. Ən ciddi məsələlərdən biri təhlükəsizliklə bağlı olacaq. Tərəfimizdən tələblər qoyulacaq. Onlar da müəyyən şərtlər irəli sürə bilərlər".

Klub rəsmisi "Aris"i tanıdıqlarını deyib:

"Çox ciddi və kifayət qədər güclü rəqiblə üz-üzə gələcəyik. Komandanı tanıyırıq. Artıq bəzi məlumatlar əldə olunub. Məşqçilər korpusu da məlumatları təhlil edirlər. Bilirik ki, rəqib transferlər həyata keçirir. Kifayət qədər güclü heyətləri var. Bu, onların çempionatdakı nəticələrindən də bəllidir. Əsasən ispaniyalı legionerlərdən istifadə edirər. Səhv etmirəmsə, 8-ə yaxın əcnəbi oyunçuları var. Braziliyadan və digər ölkələrdən futbolçular cəlb ediblər. Kifayət qədər ciddi klublarla bağlılığı olan futbolçular var. Amma bunlar ilkin məlumatlardır. Məlumatlar tərəfimizdən araşdırılacaq".

E.Yusubov heyəti gücləndirmək üçün işlərin davam etdiyini vurğulayıb:

"Komanda avrokuboklarda ilk dəfə çıxış etsə də, futbolçuların bir çoxu təcrübəsiz deyil. Avroliqa təcrübəsi olanlar, həmçinin yeni transferlərimiz də var. Heyəti gücləndirmək baxımından işlər görülür. Təcrübəsizlik deməzdim, belə oyunlarda komandanın hazırlığı və futbolçuların səviyyəsi rol oynayır. Əsas üstünlüyümüz odur ki, ötənilki heyəti 70-80 % qoruya bilmişik. Yeni futbolçular əlavə etməklə heyəti daha da gücləndirəcəyik".

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını isə səfərdə keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Oxşar xəbərlər