top
Araz-Naxçıvan üçün yeni stadion və idman kompleksi tikiləcək Sport24.az
08 oktyabr 2025, 11:20
- +

"Araz-Naxçıvan" üçün yeni stadion və idman kompleksi tikiləcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Araz-Naxçıvan"nın futbolçu və məşqçi heyəti ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə səlahiyyətli nümayəndəlik məlumat yayıb.

 

Nəcəfli komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib.

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək:

 

"Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra "Araz-Naxçıvan"ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq".

 

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.

 

Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Şahmat
Bu gün, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Bu gün, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Bu gün, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Bu gün, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Bu gün, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Bu gün, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Bu gün, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Bu gün, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Bu gün, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
Dünən, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
Dünən, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
Dünən, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
Dünən, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
Dünən, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
Dünən, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
Dünən, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
Dünən, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
Dünən, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
Dünən, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Futbol
Dünən, 01:19

“Mançester Yunayted” Liqa Kubokundan çıxıb, “Aston Villa” 1/8 finala yüksəldi

Futbol
Dünən, 01:02

Milan 0-2 Benfika, Bayer 2-0 Çelye

Futbol
Dünən, 00:43

Barselona 7 oyunda 30 qol vurar, orta məhsuldarlığı 4 qoldan çox

Oxşar xəbərlər