top
Araz-Naxçıvan rəsmisi Arislə oyun, azarkeş təzyiqi və Omoniya barədə danışıb Idman.biz
01 avqust 2025, 20:21
- ↺ +

"Araz-Naxçıvan" rəsmisi "Aris"lə oyun, azarkeş təzyiqi və "Omoniya" barədə danışıb

"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə yanaşı, çılğın azarkeşlərə qarşı da mübarizə aparıb.

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov deyib.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində səfərdə "Aris"lə (Yunanıstan) heç-heçə etdikləri oyun və növbəti raundda qarşıalaşacaqları rəqib barədə danışıb: "Aris"i yaşı təhlil edib, oyuna ciddi hazırlaşmışdıq. Məşqçilər korpusu komandanı görüşə yüksək səviyyədə kökləmişdilər. Futbolçular da verilən tapşırıqları yerinə yetirdikləri üçün hər şey xeyrimizə oldu. Yunan azarkeşlərin çılğın olduğunu hər kəs bilir. Onlar tez-tez bizim futbolçuları təzyiq altına salmağa çalışırdılar. Şükürlər olsun ki, heç bir halda öz oyunumuzu itirmədik. Növbəti rəqibimiz də artıq bəllidir. "Omoniya" da zəif rəqib deyil. Bu komanda Azərbaycan təmsilçiləri ilə qarşılaşıb. Baş məşqçimiz Elmar Baxşıyevin bu klubla bağlı müəyyən məlumatları var. İnanıram ki, bizim üçün hər şey yaxşı olacaq".

Klub rəsmisi matçdan əvvəl futbolçulara təxribata getməməklə bağlı tapşırıqların verildiyini söyləyib: "Düzdür, bu tapşırıq futbolçulara hər oyundan əvvəl verilir. Lakin Yunanıstanda atmosfer daha fərqli idi. Oyunçulara bizi nələri gözlədiyini demişdik. Çünki rəqib futbolçularla rəqabətdən başqa, azarkeşlərlə də mübarizə aparırdıq. Lakin oyunçularımız təcrübəlidirlər, sınaqdan üzüağ çıxdılar. Sübut etdilər ki, istənilən vaxt lazımi tapşırıqları yerinə yetirməyə qadirdilər".

O, qarşılaşmanın final fitindən sonra yaşanan insidentə toxunub: "Bu cür prinsipal oyunlarda xırda insidentlərin olması normaldır. Konkret təfərruatı sizə danışa bilməyəcəm. Amma görünən odur ki, rəqib futbolçular məğlubiyyətlə barışmırdılar. Qarşılaşma zamanı da xırda atmacalar olurdu, rəqib komandadan qaynaqlanırdı. Onları başa düşmək olardı, Bakıda məğlub olmuşdular. İnsident zamanı ciddi problem olmadı. Daha sonra ara sakitləşdi".

Yusubov Yunanıstanda təhlüksəzilik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: "Təyyarədən hava limanına endikdən sonra polislər bizim təhlükəsizliyimizlə məşğul olmağa başladılar. Qaldığımız otel ciddi nəzarətdə idi. Bir sözlə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Hər addımda bizə kömək edirdilər".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün səfərdə "Aris"lə 2:2 hesablı heç-heçəyə razılaşaraq növbəti raunda adlayıb. Tərəflər arasında Bakıda keçirilən görüşdə Azərbaycan təmsilçisi qələbə qazanmışdı - 2:1.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:39

Türkiyə futbolunda mərc qalmaqalı: 147 klub rəhbəri cəzalandırıldı

Digər
Bu gün, 23:24

Azərbaycan nümayəndələri Rusiyada beynəlxalq idman forumunda iştirak edirlər - FOTO

Futbol
Bu gün, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Bu gün, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Oxşar xəbərlər