top
Araz-Naxçıvan Rəhbərliyindən Baş Məşqçi Dəyişikliyi, Transferlər və Qarşıdakı Hədəflərlə Bağlı Açıqlamalar Idman.biz
27 dekabr 2025, 20:20
- ↺ +

"Araz-Naxçıvan" Rəhbərliyindən Baş Məşqçi Dəyişikliyi, Transferlər və Qarşıdakı Hədəflərlə Bağlı Açıqlamalar

"Elmar Baxşıyevlə ilk görüşdə razılıq əldə olunmuşdu. Daha sonra şərtlərdə müəyyən dəyişikliklər oldu".

İdman.Biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov bildirib.

Yusubov Report-a müsahibəsində klubun baş məşqçi Elmar Baxşıyevlə yolları ayırmasına toxunub, həmçinin yeni namizələrlə bağlı sualları cavablandırıb. Klub rəsmisi təcrübəli futbolçu Qara Qarayevin gedişinə də münasibət bildirib və qarşıdakı planlardan danışıb.

- Komanda avrokubok zonasına yaxın olduğu, şanslar itmədiyi halda Elmar Baxşıyevlə yolların ayrılması barədə qərarın səbəbləri nədir?

- Bu barədə klubun açıqlamasında da qeyd etmişdik. Rəhbərliklə idarə heyətinin görüşü olub və komandanın qış fasiləsinə qədər çıxışı dəyərləndirilib. Sonda baş məşqçi ilə yolların ayrılması qərara alınıb.

- Onun köməkçiləri də gedib?

- Onlara iş təklif edəcəyik. İstəsələr, qalarlar, istəməzlərsə, gedərlər.

- Bu barədə özləri ilə danışmısınız?

- Bəli, müzakirələrimiz olub. Rasim Ramaldanov getmək istədiyini bildirib.

- Elmar Baxşıyev mətbuata açıqlamasında "Araz-Naxçıvan"la müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmədiyini söyləyib…

- Elmarla görüş oldu. Şəxsən mən də iştirak etdim. Klub tərəfindən müqaviləyə xitam vermə şərtləri açıqlandı və bu Elmar müəllimə təklif olundu. O, düşünmək üçün vaxt istədi. İki gün sonra yenidən görüşdük və şərtlərlə tanış olduqdan sonra fikrini bildirdi. Müqaviləyə də həmin şərtlər daxilində xitam verildi. "Qarşılıqlı razılıq" deyəndə onu nəzərdə tuturduq ki, ilk görüşdən sonra bu razılaşdırılmışdı. Daha sonra şərtlərdə müəyyən dəyişikliklər oldu. Amma bu barədə mətbuata açıqlama vermək istəmirəm. Biz həmin şərtlər əsasında addım atdıq.

- Yolların ayrılması ilə bağlı qərarın verilməsində Azərbaycan Kubokunun 1/8 finalında "Kəpəz"ə məğlubiyyət rol oynadı?

- Kubokda mübarizəni dayandırmaq, digər məsələlər, təbii ki, nəzərə alınır. Amma qərar klubun İdarə Heyətinə məxsusdur. Yəqin ki, hər şey təhlil edilib və belə addım atılıb.

- Yeni baş məşqçi əcnəbi olacaq, yoxsa yerli? Artıq ukraynalı mütəxəssis Andrey Demçenko ilə razılıq əldə olunduğu bildirilir.

- Axtarışlarımız davam edir. Bir neçə variant mövcuddur. Siyahımızda əcnəbilərlə yanaşı, yerlilərin, həmçinin Demçenkonun da adı yer alır. Amma onunla heç bir razılıq əldə olunmayıb. Çünki digərlərindən cavab gözləyirik. Şərtlərə və qarşıya qoyulan hədəfə uyğun məşqçiyə üstünlük veriləcək. Bizi hədəflərə çatdıra biləcək yerli məşqçilər də var. Türkiyədən, Şərqi Avropadan namizədləri nəzərdən keçiririk. Qısa zaman ərzində qərar verməliyik. Çünki gələn il yanvarın 5-də komanda təlim-məşq toplanışlarına başlamalıdır.

- Samir Abasovun da adı "Araz-Naxçıvan"la hallanır…

- Konkret ad çəkmək istəmirəm. Siyahıda həm əcnəbi, həm də yerli məşqçilərin adları var.

- Yeni baş məşqçinin qarşısına hansı hansı hədəflər qoyulacaq?

- İndidən növbəti mövsümü düşünmək bir qədər düzgün deyil. Hazırda əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır. Dəyişən heç nə yoxdur, yeni məşqçi gəlib işi davam etdirməlidir.

- Qara Qarayevin ayrılamsının xüsusi səbəbi var? Əsas səbəbin oynamaq üçün istədiyi şansı qazana bilməməsi olduğu barədə fikirlər formalaşıb.

- Qara sonuncu oyunumuzun ardından rəhbərliklə görüşmək istədiyini söylədi. Düzdür, müəyyən səbəblər göstərdi. Amma bu, klubla futbolçu arasında olan məsələdir. Biz də xidmətlərini, Azərbaycan futbolundakı nüfuzunu nəzərə alıb, istəyinə müsbət cavab verdik. Təbii ki, Qara hər zaman oynamaq istəyən futbolçudur. Həm təcrübəsi, həm də hazırlıq səviyyəsi buna imkan verir. Lakin futbolçularla bağlı qərar baş məşqçiyə məxsusdur. Heç kim deyə bilməz ki, filan oyunçunu meydana burax. Bu, peşəkar kluba yaraşmaz. Amma inanmıram ki, Qaranın belə qərar verməsinə səbəb lazımi qədər şans qazanmamasıdır. Özünün də müəyyən düşüncələri var, bizimlə dost kimi ayrıldı. Həmişə hörmətini saxlamışıq. Həmçinin o da bizə hörmət edib. Müraciətinə müsbət cavab verməyimizdə bu nüanslar rol oynadı.

- Komanda 16 oyunda 25 qol vurub və eyni sayda buraxıb. Heyətlə bağlı hansı dəyişikliklər gözlənilir?

- Mövsümün əvvəlində komandanı tam komplektləşdirmişik. Hansısa futbolçunu almaq üçün kimisə göndərmək lazımdır. Bu ehtimal isə çox azdır. Amma ola bilər, yeni baş məşqçi hazırlıq dönəmində hansısa mövqelərdə çatışmazlıq görüb futbolçu almaq istəyər. Lakin hansısa futbolçunu almaq ehtimalımız çox azdır. Çünki sonuncu - Hamidu Keytanın transferindən sonra bu yöndə fəaliyyətimizi yekunlaşdırmışdıq.

- Yeni baş məşqçi tələb edəcəyi təqdirdə, "Araz-Naxçıvan"ın fasilədə neçə transfer həyata keçirmək imkanı var?

- Komanda tam komplektləşdiyindən bu çox da böyük rol oynamayacaq. Fasilədə çox fəallıq göstərməyəcəyik. Maksimum bir futbolçu ala bilərik. Bu da yalnız hansısa mövqe boşalarsa, həyata keçirilə bilər. Hazırda kimlərinsə transferi və ya yola salınması gündəmdə deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Oxşar xəbərlər