Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.
İdman.biz xəbər verir ki, turun ilk günündə bir matç baş tutub.
Yeganə qarşılaşma Sumqayıtda keçirilib. "Araz-Naxçıvan" "Səbail"i "Gənclik şəhəri"ndə qəbul edib. Hesabı qonaq komanda açsa da, meydan sahibləri geridönüş edə biliblər. Fasilədən sonra daha yaxşı oynayan Naxçıvan təmsilçisi qələbə sayəsində 1-ci pilləyə yüksəlib.
Qeyd edək ki, tura sentyabrın 29-da yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
27 sentyabr (cümə)
19:00. "Araz-Naxçıvan" – "Səbail" - 3:2
Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 58 (pen.). Bernardo Dias, 84 - Qorka Laruçça, 45+2; 89
Baş hakim: Rauf Allahverdiyev
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Kapital Bank Arena"
| 1 | Araz-Naxçıvan | 7 | 5 | 1 | 1 | 10-7 | 16 |
| 2 | Qarabağ | 6 | 5 | 0 | 1 | 16-4 | 15 |
| 3 | Sabah | 7 | 4 | 2 | 1 | 16-11 | 14 |
| 4 | Turan Tovuz | 7 | 4 | 2 | 1 | 9-4 | 14 |
| 5 | Zirə | 6 | 4 | 0 | 2 | 11-5 | 12 |
| 6 | Şamaxı | 6 | 3 | 2 | 1 | 6-3 | 11 |
| 7 | Sumqayıt | 7 | 2 | 0 | 5 | 5-9 | 6 |
| 8 | Səbail | 8 | 1 | 1 | 6 | 11-17 | 4 |
| 9 | Neftçi | 7 | 0 | 4 | 3 | 2-10 | 4 |
| 10 | Kəpəz | 7 | 0 | 0 | 7 | 2-18 | 0 |
Bombardir: Cesse Sekidika - ("Sabah") - 5 qol. Coy Lens Mikels ("Sabah"), Rafael Utziq ("Zirə") - 4 qol.
İdman.biz