Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək.
"Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir. Son 5 gündə bu komandalar ikinci dəfə üz-üzə gəlirlər. Ötən həftənin cümə axşamı, ölkə kubokunun 1/8 final mərhələsində Gəncə təmsilçisi naxçıvanlıları mübarizədən kənarlaşdırmaqla yadda qaldılar. Bəs bu dəfə necə olacaq? Elmar Baxşıyevin yetirmələri ötən tur səfərdə "Qəbələ"yə məğlub olub və hazırda 20 xalla turnir cədvəlində 6-cı yerdədir. "Kəpəz" isə 6 xalla 10-cudur.
Qeyd edək ki, turun dünən keçirilən qarşılaşmalarında "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Qəbələ" - "Turan Tovuz" matçı isə 24-cü dəqiqədə qatı duman səbəbindən yarımçıq qalıb.
Misli Premyer Liqası
II dövrə, XIV tur
17:00. "Araz-Naxçıvan" - "Kəpəz" 2:0
Qol: Coşqun Diniyev, 38, Patrik Andrade, 64
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Mərdəkan. "Liv Bona Dea Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 8. Coşqun Diniyev 16. Ramon Maçado 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 77. Bruno Franko 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 10. Ryonosuke Ohori 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov