Bu gün "Araz-Naxçıvan" avrokubokda debüt oyununa çıxacaq.
İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.
Elmar Baxşıyevin baş məşqçisi olan komanda "Dalğa Arena"da Yunanıstan "Aris"ini sınağa çəkəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan)
Baş hakim: Andrey Kivulete (Rumıniya)
Bakı, "Dalğa Arena"
Qeyd edək ki, cavab görüşü iyulun 31-də keçiriləcək.
İdman.biz