"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi "Aris"i (Yunanıstan) Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Yunanıstan klubu Azərbaycana iyulun 22-də, axşam saatlarında gələcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" – "Aris" oyunu iyulun 24-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.