top
Araz Abdullayev: “Son oyunlarda görünür ki, bu komanda ümid verir” Idman.biz
22 dekabr 2025, 11:26
- +

Araz Abdullayev: “Son oyunlarda görünür ki, bu komanda ümid verir”

"Bu, situasiyadan asılıdır. Həm də məşqçi dəyişikliyi oldu, deyərdim ki, yeni baş məşqçimiz daha tələbkardır".

Bunu "Karvan-Yevlax"ın futbolçusu Araz Abdullayev sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– İkinci hissədə nə baş verdi ki, hesabı qoruyub saxlaya bilmədiniz?

– Oyuna yaxşı başlamışdıq. Sadəcə, qələbə hesabını qoruyub saxlamaq lazım idi. İkinci hissədə çox erkən qol buraxdıq. Bu oyundan ən azı bir xal götürmək istəyirdik. "Neftçi"də məşqçi dəyişikliyindən sonra onların oyununda və sistemində dəyişiklik olduğu hiss olunur. Həqiqətən son iki matçda bu göründü. Biz də yaxşı mübarizə apardıq. Yenə deyirəm, bu qarşılaşmadan ən azı bir xal götürmək istəyirdik. Qismət... Öz üzərimizdə işləyəcəyik.. Son oyunlarda görünür ki, bu komanda ümid verir. İnşallah, ikinci yarıya yaxşı hazırlaşıb, səhvlərimizin üzərində işləyib, komandamızı Misli Premyer Liqada saxlayacağıq.

– Matçda hesabı açaraq sabiq komandanı cəzalandırdınız. Bu barədə nə deyə bilərsiniz?

– Yox, elə deməzdim (gülür). Mən hətta qoldan sonra da sevinmədim. Hətta azarkeşlərə də, necə deyim, üzrxahlıq kimi olmasın, amma sevinmədiyimi göstərdim. Qol həmişə içdən sevindiricidir, amma "Neftçi" mənim evim kimidir. Uşaqlıqdan orda böyümüşəm. Bəziləri, bəlkə də gənc nəsil, ya da bəziləri bizi bəlkə orda çox görmək istəməyib. Amma mənim "Neftçi"yə qarşı həmişə sevgim var, hörmət bəsləyirəm. Bizim flaqmandır. "Neftçi" "Neftçi"dir, bunu həmişə bilirik. Amma bu gün burdayam, "Karvan-Yevlax"ın şərəfini qoruyuram və əlimdən nə gəlir onu eləməyə hazıram. Bu gün yevlaxlı azarkeşlər nəticələrimizdən narazılıq edirlər, amma maksimum dərəcədə çalışırıq ki, onları sevindirək.

– Həm kapitan, həm də oyun baxımından faktiki olaraq komandanın liderinə çevrilmisiniz. Öz performansınızı necə dəyərləndirirsiniz?

– Bu, situasiyadan asılıdır. Həm də məşqçi dəyişikliyi oldu, deyərdim ki, yeni baş məşqçimiz daha tələbkardır. Bu da son oyunlara yansıyır. Hər bir futbolçuya baxsanız görərsiniz ki, daha rahatdır, oyunda daha çox hərəkət eləyir. Hər kəsin performansı yüksəlib. Çalışırıq, özümü yaxşı hiss edirəm və çalışıram nə qədər gedir, bu performansı daha da artırım.

– Azarkeşlərdən söz düşmüşkən, ötən turdakı məğlubiyyətdən sonra komandanızı fitə basdılar, amma bu gün "Neftçi" ilə oyunda uduzsanız belə, sonda sizi alqışladılar. Sizcə, bu, komandanın əzmkar oyununa görədir?

– Bəli, əlbəttə. Açıq deyim ki, "Qarabağ"la ardıcıl iki ağır oyundan sonra komandamız fiziki olaraq 60-cı dəqiqədən sonra yorulurdu. Həmin dövrdə də "Qarabağ"la iki dəfə qarşılaşmağımız bizə çox ağır yük oldu. Ondan sonra "Şamaxı" ilə üzləşdik, onlar da çox "diş"li rəqibdir, həmişə öndə pressinq edirlər. Orda asan qollar buraxdıq və deyərdim, komanda bir az həvəsdən düşdü. Amma oyunbaoyun hər kəs görür ki, "Karvan-Yevlax" artırır. Biz də bunu saxlamaq istəyirik. Rəhbərlik, fanatlar başa düşməlidir ki, bu bir prosesdir, dözmək lazımdır. Yevlaxlı azarkeşlər yaxşı oynadınsa, alqışlayırlar. Pis oynayıb uduzanda isə səni kim dəstəkləyər? Ancaq ailən, yaxınların. Bu da başadüşüləndir. İndi elə vəziyyətdəyik ki, dözüb, səhvlərin üzərində işləyib bu durumdan çıxa bilərik.

– Bacaracaqsız?

– Bacaracaqsınız deyəndə, biz həmişə çalışırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Bavariya 18 yaşlı seneqallı yarımmüdafiəçini transfer edib

Futbol
Bu gün, 09:39

Aleksis Sançes MLS-ə keçir

Futbol
Bu gün, 09:24

„Sabah“ UEFA Çempionlar Liqasındakı taleini bugün həll edəcək

Futbol
Bu gün, 09:20

"Sabah" UEFA Çempionlar Liqasında "Orhus"a Qarşı

Güləş
Bu gün, 09:19

Yekaterina Sariyeva Avropa çempionatında uğurla çıxış edib

Futbol
Bu gün, 09:11

Bavariya Qambiyalı yarımmüdafiəçini transfer edib

Futbol
Bu gün, 08:20

„Arsenal“ 3 futbolçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:18

„Tottenhem“ müdafiəçisi Miki van de Venlə müqavilə uzadıb

Futbol
Bu gün, 08:00

Kolumbiyada futbol çempionatı dayandırıldı

Futbol
Bu gün, 07:14

Ronald Arauxo “Liverpul”a transferini şərh edib

Futbol
Bu gün, 06:15

Nottingem Forest sahibi Kristal Palas azarkeşlərinin banneri ilə bağlı məhkəməyə müraciət edib

Futbol
Bu gün, 04:13

Atletiko və Tottenhem Romeronu transfer etmək üçün danışıqlar aparır

Futbol
Bu gün, 03:10

Ceff Bezos “Liverpul”un səhmlərini almaq üçün investorlar qrupuna qoşulacaq

Futbol
Bu gün, 02:07

Kolumbiyada zəlzələ səbəbi ilə futbol çempionatı dayandırılıb

Digər
Bu gün, 01:53

Dana Uayt: UFC növbəti 10 il ərzində İrlandiyaya qayıdacaq

Futbol
Bu gün, 01:18

"Barselona"nın oyunçusu mövsümün başlanğıcında meydanda olmayacaq

Futbol
Bu gün, 00:57

Əl-Mehdi Mauhub “Dubay Yunayted”ə qoşulub

Futbol
Bu gün, 00:34

Real Madird 2026/2027 mövsümü üçün yeni transferlərin forma nömrələrini açıqlayıb

Digər
Bu gün, 00:13

Viktoriya Sidorenko Çin turnirində ikinci yeri tutdu

Futbol
Dünən, 23:54

Endrik yay transfer pəncərəsində “Real”dan ayrılmayacaq

Futbol
Dünən, 23:37

Manor Solomon “Vest Hem”ə keçib

Basketbol
Dünən, 23:24

LANDAU Lions klubuna yeni transfer

Futbol
Dünən, 23:07

Barselona Rodri ilə müqavilə bağlamağı planlaşdırır

Futbol
Dünən, 22:55

AFFA tərəfindən məşqçilər üçün “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda vebinar keçirilib

Oxşar xəbərlər