top
Araz Abdullayev: Futbolu bitirməyi düşünmürəm - MÜSAHİBƏ İdman.biz
04 dekabr 2024, 14:11
- ↺ +

Araz Abdullayev: "Futbolu bitirməyi düşünmürəm" - MÜSAHİBƏ

"Qaradağ Lökbatan"da çıxış etməyimin səbəbi formada qalmaqdır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qaradağ Lökbatan" - "Səbail" matçından (0:2) sonra meydan sahiblərinin futbolçusu, vaxtilə Azərbaycan millisində oynayan Araz Abdullayev apasport.az saytına müsahibəsində deyib.

- Oyuna çox yaxşı başlasanız da, nəticədə məğlub oldunuz. Matçı necə dəyərləndirirsən?
- Premyer Liqa klubuna qalib gəlmək üçün əlimizdən gələni etdik. Komandanın nizam-intizamını qorumağa çalışdıq. Oyuna pis başlamadıq. Sadəcə ikinci hissədə gözləmədiyimiz bir top buraxdıq. Düzdür, bundan sonra toparlanmaq çətin oldu. Lakin düşünürəm ki, pis təsir bağışlamadıq. Gücümüzü daha da artırmalıyıq. Bu gün bütün futbolçular özünü ən yaxşı tərəfdən göstərmək niyyətindəydi. Məşqlərdə çalışdığımız tapşırıqları meydanda reallaşdırmağa cəhd etdik.

- Bu gün sanki komandada əlavə motivasiya var idi...
- Zatən hər zaman belə olub. Premyer Liqa klubuna qarşı oynayanda hamı özünü göstərməyə çalışır. Bizim üçün isə əsas məsələ komanda olaraq mübarizə aparmaq idi.

- Oyun ərzində bir neçə dəfə komanda yoldaşlarına əsəbləşirdin. Bunun səbəbi nə idi?
- Müəyyən məqamlarda ötürmələrdə səhvlərə yol verirdilər. Bunun üçün onlara iradlarımı bildirirdim. Bəzən belə şeylər olur. Futbolda bu cür hallar normaldır.

- "Səbail"in məşqçilər korpusundan həm Cavid Hüseynovla, həm də Elvin Məmmədovla birlikdə futbol oynamısan. Onların təyinatı barədə nə düşünürsən?
- Hər ikisi ilə birlikdə gözəl vaxtlar keçirmişik. Onlara uğurlar arzulayıram. Premyer Liqada daha yaxşı çıxış edəcəklərini, komandanı sonuncu pillədən qurtara biləcəklərini düşünürəm.

- Gələcəklə bağlı planların necədir?
- "Qaradağ Lökbatan"la oynama səbəblərimdən birincisi Amit Quluzadədir. İkinci növbədə isə formada qalmaqdır. Komanda yoldaşlarıma kömək etmək, motivasiya vermək istəyirəm. Yaxşı klublardan təklif olarsa, baxarıq. Özümü yaxşı hiss edirəm. Hələ ki, futbolu bitirməyi düşünmürəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

“Turan Tovuz” Qarabağa 21 aylıq qalibiyyəti gözləyir

Digər
Bu gün, 10:43

Aysel Əhmədli: Finalda artan inamla qızıl medal qazanıb;

Futbol
Bu gün, 10:40

Karlos Visens yeni baş məşqçi olaraq Lion (Qvardiola) komandası ilə razılaşdı

Digər
Bu gün, 10:39

Azərbaycanlı Məhəmmədəli Osmanlı UFC Fight Night-da Moldova rəqibi Andruşka ilə döyüşəcək

Futbol
Bu gün, 10:31

Sabah yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə qarşılıqlı razılığa əsasən yolları ayırdı;

Futbol
Bu gün, 10:26

Niko Ililcevic 16 yaşında Bundesliga-da Mukoko rekordunu yenidən qırdı

Futbol
Bu gün, 10:20

Kabo-Verde kaptanına qarşı ittihamda yalançı qadın məhkəməyə çağırıldı

Basketbol
Bu gün, 10:09

Neftçi basketbolçusu Aleks Stepanovic Avropa Kubokunun 5-ci turunun ən yaxşı beşində

Futbol
Bu gün, 10:00

Xvalko Kəpəz'i tərif edib, Azərbaycana qayıtmaya hazırdır

Futbol
Bu gün, 09:54

Tuxel, İngiltərə milli komandasında Koul Palmerin sağlamlığını yoxlayıb, dəyişikliklərə hazırlaşıyor

Futbol
Bu gün, 09:45

Azərbaycanın UEFA klublar reytinqi Ukraynadan 0,65 xal uzaqda qalır

Futbol
Bu gün, 09:40

Qalatasaray 25 m avro ilə Rus futbolçusuna transferə hazırdır

Basketbol
Bu gün, 09:39

Ordu vs Sabah: Azərbaycan Basketbol Liqasının VI turu 20:00-da başlayır;

Digər
Bu gün, 09:39

Futsalçının Lənkəranda möhtəşəm atmosferdən bəhs etməsi – 2-2 Çexiya matçından sonra

Futbol
Bu gün, 09:30

Azərbaycan 24-cü mövqeyi UEFA reytinqində qoruyub

Voleybol
Bu gün, 09:22

Üçüncü tur: Murov Az Terminal – Neftçi arasındakı qarşılaşma

Futbol
Bu gün, 09:20

Useyn Bolt, Ronaldo'ya Sosial Mediada Təşəkkür Etdi

Basketbol
Bu gün, 09:17

Ordu və Sabah altıncı turda qarşı-qarşıya gələcək

Voleybol
Bu gün, 09:07

Qadın voleybolu Super Liqası yeni mövsümə başlayır, birinci turun iki oyunu

Futbol
Bu gün, 09:03

Bu gün Avropanın beş aparıcı liqasında və Türkiyə Superliqasında keçiriləcək altı oyun

Futbol
Bu gün, 09:00

Neftçi Kəpəz ilə I dövrənin sürpriz komandası qarşılaşır

Futbol
Bu gün, 08:40

Qalatasaray, Batrakovun maaşını 1 milyon avroya qədər artıracaq

Qarabağ FK
Bu gün, 08:20

Qarabağ Azersun Arena’da Turan Tovuz ilə üz-üzə gəlir

Futbol
Bu gün, 08:10

Argentina millisinin 10 nömrəli formasını hələlik heç kimə verməmək qərarı alındı

Oxşar xəbərlər