top
Araz Abdullayev Karvan-Yevlaxdakı vəziyyəti və milliyə dəvət alma ehtimalını şərh etdi Idman.biz
22 noyabr 2025, 15:20
- ↺ +

Araz Abdullayev "Karvan-Yevlax"dakı vəziyyəti və milliyə dəvət alma ehtimalını şərh etdi

"Karvan-Yevlax" Misli Premyer Liqasının XII turunda evdə "Kəpəz"ə məğlub olub - 1:2. Cari mövsüm ilk dəfə doğma meydanda rəqibini qəbul edən Yevlax təmsilçisi bu nəticəli ilə sonuncu sıraya yuvarlanıb.

İdman.Biz komandanın kapitanı Araz Abdullayevin matçdan sonra İdmanxeber.az-a müsahibəsini təqdim edir:

– Məğlub oldunuz və sonuncu sıradasınız. Oyunu necə şərh edirsiniz?

– Deyiləsi çox şey var. Biz çalışırıq ki, nələrisə düzəldək. Sadəcə, elə şeylər var ki, özümüz də bilmirik. Ki, necə bu vəziyyətdən çıxaq. Yəqin ki, gələcək matçlarda nə səhvlərimiz varsa, üzərində işləyərik. Komanda 1-ci Liqadan qalxıb. Bəzi şeylər mərhələ-mərhələ düzəlir. İnanaq ki, yevlaxlı fanatları sevindirəcəyik. Çünki onlar daha yaxşısına layiqdir. Biz nələrisə düzəltməliyik. Bu qədər azarkeşlə yaxşı nəticələr qazanmalıyıq.

– Heyət barədə nə düşünürsünüz? Sizcə, Premyer Liqa səviyyəsi üçün yetərlidirmi?

– Bu, məşqçilərin məsələsidir. Biz verilən tapşırıqları yerinə yetirməliyik. Zamanla analizlər edilər. Kim nəyə layiqdir ona görə qərar verilər.

– Stadionda istefa şüarları səsləndi. Bunlar sizə necə təsir edir?

– Biz futbolçuyuq. İşimiz məşq etmək və futbol oynamaqdır. Təcrübəmizlə nələrsə etməyə çalışırıq. Yevlax komandası daha yaxşısına layiqdir. Deyiləcək çox da bir şey yoxdur. Vəziyyətdən çıxa bilməsək, çox çətin olacaq.

– Cari mövsüm bu stadionda ilk rəsmi matçınıza çıxdınız. Meydançanın vəziyyəti necə idi?

– Bəzi oyunlar var ki, meydança pis gündə olsa da, xarakterlə həmin görüşdə nəticə qazanmalısan. Bəhanə gətirmək olmaz. Süni meydançadır. Suvarma da var, top da gedir. Əgər suvarma olmasa, o zaman çətin olur. Çünki top sürüşməyəndə yaxşı olmur. Belə şikayətim yoxdur, bəhanəni sevən futbolçu deyiləm. Günahı özümüzdə axtarmalıyıq.

– Deyilənlərə görə, komandada iki baş məşqçi var - Azər Həşimov və Kənan Kərimov. Bu vəziyyət futbolçulara necə təsir edir?

– Bu haqda məşqçilərin özü ilə danışın.

– Vaxtilə millinin formasını geyinmisiniz, ölkənin əsas oyunçularından biri olmusunuz. Yenidən yığmaya dəvət alacağınıza inanırsınız?

– Mən futbolu sevirəm və bu işlə məşğul olmaq istəyirəm. Milliyə dəvət alıb-almayacağım məşqçilərin işidir. Mən sadəcə öz işimlə məşğulam. Hərdən baxırsan ki, milliyə elə oyunçular dəvət alır ki… Mənim də çağrılacağımı gözləmək olar. İndi çətin olsa da, milli üçün hər zaman kömək etməyə hazıram. Ancaq ilk növbədə "Karvan-Yevlax"dakı vəziyyətə düzəldək, sonra yığma barədə düşünərik.

– Son günlərdə legioner limitinin ləğvi barədə müzakirələr gedir. Sizcə, bu qərar azərbaycanlı futbolçulara çətinlik yaradır?

– Leginoner limitinin ləğv olmasını mən də istəmirəm. Ona görə yox ki, mən və ya yerlilər oynasın. Sabah milli komandanın matçı olacaq. Bir futbolçu klubundan oynaya bilmirsə, milliyə gələndə necə çıxış edəcək? Biz ondan çox şey gözləyə bilmərik. Çünki ora başqa səviyyədir. Bu, açıqdır. Bəli, bir tərəfdən də səviyyə artması üçün əcnəbi futbolçular gətiririk. Ancaq inkişaf üçün səviyyəli legioner gətirmək lazımdır. Yerli də, əcnəbi də arxayınlaşmamalıdır.

– Komandanın kapitanısınız. Baş məşqçi əvəzləmə edir, amma oyunçu meydanı tərk etmir. Kapitan kimi bu situasiyaya münasibətiniz necədir?

– Öpürəm. Çox sağ olun.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Oxşar xəbərlər