top
Aqil Nəbiyev U-16 millisinin Moldova üzərində qələbəsi və gələcək planlar haqqında danışıb Report.az
22 iyun 2025, 12:04
- ↺ +

Aqil Nəbiyev U-16 millisinin Moldova üzərində qələbəsi və gələcək planlar haqqında danışıb

On altı yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunundan (2:1) sonra AFFA-nın Mətbuat xidmətinə fikirlərini bildirib.

"Report" xəbər verir ki, qələbəyə görə futbolçularını təbrik edən mütəxəssis yoxlama matçı da olsa, qalib gəlməyin sevindirici olduğunu söyləyib:

"İlk növbədə komandamı qələbə münasibətilə təbrik edirəm. Moldova ilə ilk matçımızı iki gün əvvəl keçirmişdik. Bir günlük fasilədən sonra yenidən oynamaq çətindir. Futbolçunun bərpası çox önəmlidir. Orqanizmdə asılı olaraq 48 saata da bərpa olan futbolçu var, 72 saata da. Bunları nəzərə alaraq heyətdə bəzi dəyişikliklər etmişdik. Meydanda dominant futbol oynadıq, çoxlu qol epizodları yaratdıq.

Məni narahat edən yeganə məqam hər iki görüşdə əldə etdiyimiz yüz faizlik epizodları dəyərləndirə bilməməyimiz və sadə vəziyyətlərdən qollar buraxmağımız oldu. Bunların üzərində çox çalışmaq lazımdır. Bu kollektivdən bir neçə futbolçunu U-17 milliyə də dəvət edirik. Təlim-məşq toplanışlarının və beynəlxalq oyunların sayını artıra bilsək, bu futbolçularla çox şeyə nail olarıq. İnanıram ki, ölkəmizdə təşkil olunacaq MDB Oyunlarında və U-17 millimizlə seçmə mərhələ matçlarında yaxşı nəticələr əldə edəcəyik".

Baş məşqçi yığmanın 3:2 hesablı qələbə qazandığı ilk oyunla müqayisədə ikinci qarşılaşmanı daha yaxşı keçirdiyini söyləyib:

"Birinci oyunu təhlil etdiyimiz zaman gözə çarpan boşluqları aradan qaldırdıq. Budəfəki matçda topa daha çox sahib olduq, kifayət qədər qol vəziyyətləri yaratdıq. Baxımlı oyunun da nəticəsi olaraq qələbə qazandıq. Uğurlu nəticələrin davamının gələcəyinə inanıram".

A.Nəbiyev sentyabr-oktyabrda Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında U-16 millimizin uğurlu nəticə qazanacağına inandığını vurğulayıb: "Rəqiblərimizi bildikdən sonra onlar barədə ətraflı məlumat toplayacaq, təhlil edəcəyik. Komandamız MDB Oyunlarında da uğurlu nəticələr qazanacaq potensiala malikdir. Sadəcə, uşaqlara güvənməliyik. Hər dəfə dediyim kimi, Azərbaycanda yetərincə perspektivli futbolçu var. Uşaqları düzgün istiqamətləndirmək və onlara inanmaq lazımdır".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Oxşar xəbərlər