top
Aqil Nəbiyev Tacikistan üzərində qələbəni şəhidlərin xatirəsinə həsr etdi Sport24.az
Bu gün, 16:28
- +

Aqil Nəbiyev Tacikistan üzərində qələbəni şəhidlərin xatirəsinə həsr etdi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Tacikistan yığmasına qarşı keçirilən ilk oyunla (1:0) bağlı danışıb. Sport24.az xəbər verir ki, baş məşqçi qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib:

 

"Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. Bildiyiniz kimi, 27 Sentyabr - Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik".

 

Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib:

 

"Oyuna çox ciddi hazırlaşmışdıq. Yarışın bizim üçün nə qədər önəmli olduğunu bilirik. Bu gün turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Bizim isə zədə səbəbindən heyətlə bağlı problemlərimiz var idi. Buna baxmayaraq, komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Futbolçularımız xarakter nümayiş etdirdilər. Turnirə qələbə ilə başlamaq önəmli idi. Komandamı, azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm".

 

O, A qrupu çərçivəsində oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini vurğulayıb:

 

"Növbəti görüşə qədər üç gün vaxtımız var. Qırğızıstanla qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz finala yüksəlmək və çempion olmaqdır. Buna gücümüz çatar. Sadəcə olaraq, qarşıdakı matçlarda daha diqqətli çıxış etməliyik. Məsələn, bu gün 4-5 yüz faizlik qol şansını əldən verdik. Son zərbələrdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:42

Brunu Fernandeş vurulmayan penaltilər üzrə Premyer Liqada liderdir

Futbol
Bu gün, 18:28

"Raymond Kopa" mükafatı: Lamin Yamal səsvermədə birinci oldu

Futbol
Bu gün, 18:21

"Raymond Kopa" Mükafatı Səsvermə Nəticələri: Lamin Yamal Birinci Oldu

Futbol
Bu gün, 18:15

"Mançester Yunayted" "Brentford"a 88 İldə İlk Dəfə Ardıcıl Məğlub Oldu

Futbol
Bu gün, 18:08

Koul Palmerin zədəsi: "Qarabağ" - "Çelsi" matçında iştirak edə biləcəkmi?

Futbol
Bu gün, 18:06

"Neftçi" - "Karvan-Yevlax" Oyunu: Heyətlər və Qarşılaşma Detalları

Basketbol
Bu gün, 17:56

"Quba" basketbol klubu "Ordu"ya uduzub - FOTO

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqası: "Neftçi" - "Karvan-Yevlax" oyununun heyətləri açıqlanıb; "Şamaxı" - "Araz-Naxçıvan" matçı 1:1 hesabı ilə başa çatıb

Futbol
Bu gün, 17:45

Aytana Bonmati: Uşaq olanda oğlanlarla oynayaraq yerim üçün mübarizə aparmalı idim

Futbol
Bu gün, 17:30

"Şamaxı" - "Araz-Naxçıvan" Matçı Bərabərə Başa Çatdı

Futbol
Bu gün, 17:29

Misli Premyer Liqası: "Şamaxı" və "Araz-Naxçıvan" heç-heçə etdi (1:1)

Tennis
Bu gün, 17:27

Mərziyə Nurmətova: III MDB Oyunlarında qızıl medal qazanacağıma inanıram

Voleybol
Bu gün, 17:23

Bolqarıstan voleybolçuları dünya çempionatının finalında!

Futbol
Bu gün, 17:14

"Şamaxı" - "Araz-Naxçıvan" Oyunu Bərabərə Başa Çatıb

Tennis
Bu gün, 17:14

III MDB Oyunları: Azərbaycan stolüstü tennisçilərindən finala yüksəliş

Futbol
Bu gün, 17:10

"Səbail"in kapitanı Yusif Nəbiyev "Şahdağ Qusar"la oyundan və I Liqadakı hədəflərdən danışıb

Futbol
Bu gün, 17:10

"Şamaxı" - "Araz-Naxçıvan" matçında hesab bərabərləşdi: 1-1

Futbol
Bu gün, 17:08

Dembele Messidən örnək götürdüyünü açıqlayıb

Basketbol
Bu gün, 16:58

"Quba" basketbol klubu "Ordu" ilə yoxlama oyununda məğlub olub

Formula 1
Bu gün, 16:55

"MotoGP" çempionu Xorxe Martin Yaponiya Qran-prisində qəzaya düşərək zədələndi

Futbol
Bu gün, 16:46

"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi

Tennis
Bu gün, 16:44

Yekaterina Drozdova: Azərbaycan yığması güclü rəqibdir

Tennis
Bu gün, 16:44

Yekaterina Drozdova: Azərbaycan stolüstü tennisində güclü rəqibdir

Tennis
Bu gün, 16:41

Mərziyə Nurmətova MDB Oyunlarında Qızıl Medala İnanır

Oxşar xəbərlər