top
Aqil Nəbiyev Sabah və Araz-Naxçıvanın Levski və Omoniya ilə oyunları haqda fikirlərini bölüşüb Idman.biz
14 avqust 2025, 13:24
- ↺ +

Aqil Nəbiyev "Sabah" və "Araz-Naxçıvan"ın "Levski" və "Omoniya" ilə oyunları haqda fikirlərini bölüşüb

"Sabah" - "Levski" oyununda şanslar bərabərdir.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-17 yığmasının baş məşqçisi Aqil Nəbiyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyunlarına çıxacaq "Sabah" və "Araz-Naxçıvan"ın şanslarını dəyərləndirərkən deyib.

O, Bolqarıstan təmsilçisi "Levski"nin "Sabah"la Bakıdakı matçda açıq futbol oynamayacağını bildirib: "İlk matçda "Sabah" tərəfdən böyük səhvlər olmadı. Sadəcə, Valdas Dambrauskas müdafiə futbolu oynatdı. Bu da rəqibin adlı-sanlı olması ilə bağlı idi. Fikrimcə, Bakıda hər iki komanda ehtiyatlı futbol oynayacaq. "Levski"nin rahat mübarizə aparacağına inanmıram. Çünki təmsilçimizin çox yaxşı hücum xətti var. Onlar rəqib üçün baş ağrısı ola bilərlər. Azarkeş dəstəyi də bu gün "Sabah" üçün önəmli olacaq".

Mütəxəssis Kiprdə "Omoniya"nın qonağı olacaq "Araz-Naxçıvan" komandasının növbəti mərhələyə vəsiqə qazanmaq şanslarının çox az olduğunu söyləyib: "Omoniya" Avropa təcrübəsi olan komandadır. Naxçıvan təmsilçisi isə təcrübəsizdir. Buna görə də birinci görüş onlar üçün belə alındı. Futbolda mümkünsüz heç nə yoxdur. "Araz-Naxçıvan" ilk növbədə Azərbaycan futbolunun adına görə oynamalıdır. Kiprdə qazanılacaq qələbə ölkə reytinqinə xal gətirəcək".

"Sabah" Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Ukraynalı baş hakim Mikola Balakinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Sofiyadakı ilk qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsünü sınağa çəkəcək.

"Araz-Naxçıvan" isə Kiprdə "Omoniya" ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçın baş hakimi danimarkalı Yakob Kehlet olacaq. Naxçıvan təmsilçisi Bakıda keçirilmiş ilk görüşdə 0:4 hesabı ilə uduzub. Bu cütün qalibi Avropa Liqasında çıxış edən PAOK (Yunanıstan) - "Volfsberq" (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:28

“Qalatasaray” UEFA-ya müraciət edib

Digər
Bu gün, 19:23

Çempionlar Liqasında sarı vərəqə qaydası dəyişdi: Futbolçuları hansı cəzalar gözləyir?

Futbol
Bu gün, 19:08

Van Deyk, Kloppun onun karyerasındakı rolunu açıqladı

Futbol
Bu gün, 18:59

Leao zədə səbəbindən İstanbul derbisini buraxacaq

Futbol
Bu gün, 18:59

Borussiya 7 gündə 11,300 km səyahət etdi – ‘Sabah’la oyuna hazır

Futbol
Bu gün, 18:53

Real Madrid İngiltərə Premyer Liqası klublarından 80 milyon avro tələb edir

Futbol
Bu gün, 18:50

Zəngəzur 5-0 “Şəki”, Qaradağ Lökbatan 3-0 “Dinamo”

Digər
Bu gün, 18:41

Mourinyo Vinisiusa xəbərdarlıq etdi: “Real Madrid”də toxunulmaz futbolçu yoxdur

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:24

“Bavariya”nın baş məşqçisi “Arsenal”la oyun öncəsi xəstələndi

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Qarabağ FK
Bu gün, 18:10

AFFA İntizam Komitəsinin iclası keçirilib

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:28

Şahin Diniyev “Sabah” - “Borussiya” oyunu barədə proqnoz verdi

Digər
Bu gün, 17:20

Millinin mövqeyi dəyişmədi

Digər
Bu gün, 17:12

"Liverpul" səs-küylü qış transferinə hazırlaşır

Digər
Bu gün, 17:01

Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Futbol
Bu gün, 17:00

Mauro İkardi Qalatasaray'dan ayrıldı, Beşiktaş və İngiltərə klubları maraqlanır

Futbol
Bu gün, 16:53

Mourinyonun etirazından sonra El‑Klasiko üçün hakim dəyişdirildi, yeni hakim hələ açıqlanmayıb

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Digər
Bu gün, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Oxşar xəbərlər