top
Aqil Nəbiyev: Orda nəinki futbol oynamaq, yerimək belə təhlükəlidir Sport24.az
11 oktyabr 2024, 14:00
- ↺ +

Aqil Nəbiyev: "Orda nəinki futbol oynamaq, yerimək belə təhlükəlidir"

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aqil Nəbiyev Sport24.az-a müsahibə verib. O, komandasının Türkiyənin Ərzurum şəhərində keçirilən "U-16 Türkdilli Ölkələr Turniri"ndə çıxışını dəyərləndirib, uğursuzluğun səbəblərinə aydınlıq gətirib

 

- Aqil bəy, turnirdəki uğursuz çıxış nə ilə əlaqədardır? Hər 3 oyunda məğlub olduz...
- Futbolçularla ilk tanışlığımız idi. Cəmi 3 günlük məşqdən sonra Türkiyəyə yollanmışıq. Rəqiblər bir neçə il birlikdədirlər, formalaşıblar. Biz ora sırf nəticə üçün getməmişdik. 20 futbolçu aparmışdıq ki, uşaqları tanıyaq. Gələcək üçün hansı oyunçular bizə xeyir verə bilər. İlk toplanış olduğu üçün böyük bir dəyişiklik edə bilmirik. 3 məşqə nəsə dəyişmək mümkünsüzdü. Bu komanda 6-7 ay əvvəl bizdə olsaydı, uşaqları tanısaydıq, verəcək cavablarım çox ola bilərdi. Biz liqanı izləyirik. Uşaqları seçib milli komandaya dəvət etmişik.

 

- Bu cür turnirlər futbolçulara nə təcrübə qazandırır?
- Böyük təcrübə qazandırır. Uşaq liqalarının vəziyyətini bilirsiz. Uşaqlar çempionat oyununda həmin təzyiqi görmürlər. İzləyin, baxın görün uşaqlar hansı meydanlarda oyunları keçirirlər. Orda nəinki futbol oynamaq, yerimək belə təhlükəlidir. Klubların akademiyalarında 3-4 komanda bir meydanda məşq edirlər. Liqalarda keçirilən oyunlarda 10:0, 8:0, 7:0 kimi hesablar qeydə alınırsa, uşaqlar necə inkişaf edə bilər? Oyunçu onda inkişaf edir ki, liqaların səviyyəsi yüksək olsun, təzyiq görsün. 20 futbolçu aparmışdıq. 2 qapıçı, 18 meydan oyunçusu. Oyunun gedişində uşaqların ayaqlarında qıcolmalar olur. Onları məcbur çıxardırıq. Niyə? Çünki heç vaxt belə təzyiq görməyiblər. İlk dəfə xarici ölkədə beynəlxalq oyuna çıxan uşaqlar idi. Bir neçə gün öncə Rəşad Sadiqov müsahibəsində düzgün vurğulamışdı ki, gedin liqalara baxın görün uşaqlar hansı meydanlarda oynayırlar. Ad çəkməyəcəm, meydança görmüşəm ki, xalçanın biri tərəfi qalxıb, qapıçı onu düzəldib davam edir. Futbolçu milli komandaya klubdan gəlir. Əgər futbolçunun fiziki durumu, texniki bacarığı yerində deyilsə, biz 3 günə nəyisə dəyişə bilmirik. Bu bahənə deyil. Məsuliyyəti kənara atmıram. Hamımızın günahı var. Vaxt keçdikcə düzələcək. Necə ki, U-19 bir neçə il bizdə oldu, ard-arda beynəlxalq oyunlarda iştirak etdik, hamı bizim komandadan danışırdı. Sadəcə uşaqlar hərbi xidmətə yollandılar, bəzilərində pasport problemi oldu, istədiyimiz nəticəni ala bilmədik.
Futbol ictimaiyyəti, jurnalistlər məşqçiləri anlayışla qarşılamalıdır. Yazırlar xarici baş məşqçi olmalıdır. Legioner məşqçi 3 günə nəyi dəyişəcək? Ona görə zaman lazımdır. Haqlı tənqidə həmişə açığam.

 

- Bu cür turnirlərdə nəticə önəm kəsb edir?
- Belə turnirlərdə nəticə önəm kəsb etmir. Biz orda bütün futbolçulardan istifadə etməliyik. Oyunun gedişində 7-8 əvəzetmə edirik. Və ya bu gün başqa heyət oynayır, sabah başqa. Biz futbolçuların bacarığına baxmaq istəyirik. Uşaqlardan istədiyimiz taktiki oyunu görə bilmirik. Bu cür turnirlər onun üçündür ki, üzərimizdə işləyək. Sırf nəticəyə kökləniriksə, gərək uşaqların çoxuna şans verməyək. Bu o demək deyil ki, 20 nəfər aparmışıq onlarla davam edəcəyik. Beynimizdə neqativ və müsbət fikirlər var. Yenə liqaları izləyib növbəti toplanışda başqa futbolçuları dəvət edəcəyik.

 

- Rəqiblərdən nədə geridə qalırdıq?
- Türkiyə millisinin baş məşqçisi ilə danışığımız oldu. 14 ildi həmin yaş qrupunu çalışdırır. Mənimlə söhbətdə dedi ki, 2 həftə öncə Kayseridə turnirdə olublar. Rumıniya, İngiltərə və Portuqaliyaya qarşı oynayıblar. Bildirdi ki, 500 gündü uduzmuruq. İngiltərəni 4:1, Rumıniyanı 5:1, hesabı ilə məğlub etmişik. Ancaq sonda Portuqaliyaya yeniliblər. Türkmənistan yığması bizdən bir yaş üstün idi. Onlar 2008-ci il təvəllüdlü futbolçularla gəlmişdilər. Oyunçunun belə yaşda fiziki və bədən quruluşu çox fərq edir. Qırğızıstan millisi ilə 90 dəqiqə 0:0 oynadıq. Qapımıza bir zərbə belə yox idi. Bizdə isə əksinə, yetərincə qol imkanımız oldu. Uşaqların ustalıq səviyyəsi çatmadı ki, qol vuraq. İlk və üçüncü oyunların fərqi onda idi ki, uşaqlar nəsə etməyə çalışırdılar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər