top
Aqil Nəbiyev: Moldova ilə oyunda uşaqların əzmkarlığı təqdirəlayiqdir, gələcəyə ümid verən komandamız var Report.az
20 iyun 2025, 09:12
- ↺ +

Aqil Nəbiyev: "Moldova ilə oyunda uşaqların əzmkarlığı təqdirəlayiqdir, gələcəyə ümid verən komandamız var"

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə danışıb.

"UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı. Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik", - deyə o, söyləyib.

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib:

"Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar".

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib:

"İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq".

Qeyd edək ki, Azərbaycan - Moldova matçı millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Digər
Bu gün, 09:40

"Qızıl Top" mərasiminin aparıcıları müəyyənləşdi

Digər
Bu gün, 09:38

FIFA-nın tarixi turnirinin ilk xarici iştirakçıları Bakıya gəlib - FOTO

Digər
Bu gün, 09:23

“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

Digər
Bu gün, 09:20

22 yaşlı hücumçu "Yuventus"un "radar"ına düşüb

Digər
Bu gün, 09:08

“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

Digər
Bu gün, 09:00

ÇL: "Sabah" "Borussiya" ilə üz-üzə

Digər
Bu gün, 08:46

“Kristal Palas”da baş məşqçinin taleyi həll olundu - 0:5-dən sonra qərar

Digər
Bu gün, 08:40

"Ştutqart"ın qapıçısı "Bavariya"ya keçə bilər

Digər
Bu gün, 08:20

Fransa klubunun prezidenti postundan gedir

Digər
Bu gün, 08:07

Ronalduya kəsilən cərimə onun cəmi 39 saniyəlik qazancına bərabərdir

Digər
Bu gün, 08:00

Parisdə etirazçılar Messinin üstü imzalı formasını oğurladılar

Digər
Bu gün, 07:16

Luis Enrike “Barselona”nın iki ulduzunu dayandırmağın yolunu açıqladı

Oxşar xəbərlər