top
Aqil Nəbiyev: Legioner yerli səviyyədədirsə, gəlməsinə ehtiyac yoxdur Idman.biz
14 iyul 2025, 14:27
- ↺ +

Aqil Nəbiyev: "Legioner yerli səviyyədədirsə, gəlməsinə ehtiyac yoxdur"

"Yeni mövsümdə legioner limiti ləğv olunduğu üçün liqamızda əcnəbi futbolçuların sayı çox olacaq. Lakin transfer ediləcək legioner yerli oyunçu səviyyəsindədirsə, buraya gəlməsə yaxşıdır. Çünki gələcək futbolçular üst səviyyədə olmalı və liqaya maraq qatmalıdır".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-17 millisinin baş məşqçisi Aqil Nəbiyev Premyer Liqa klublarının yay transferləri ilə bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, "Qarabağ"ın gətirdiyi oyunçular uğurlu ola bilər: "Bunu əminliklə söyləmək çətindir. Çünki həmin futbolçuların oyununu izləməmişəm. Lakin Qurban Qurbanovun oyunçu seçimi göz önündədir. Gətirdiyi legionlerin böyük əksəriyyəti uğurlu olub. Yassin Benzianın gedişi komanda üçün böyük itkidir. Marko Veşoviç haqqında isə bu fikirləri deyə bilməyəcəyəm. Çünki monteneqrolu oyunçu əsas heyətdəki yerini itirmişdi və əvvəlki formasında deyildi".

Baş məşqçinin sözlərinə görə, Elmar Baxşıyev "Araz-Naxçıvan", Rəşad Sadıqov isə "Zirə" üçün yaxşı futbolçular seçib: "Qarabağ"dan bizə tanış iki sima – Patrik Andrade və Hamidu Keytanın Naxçıvan təmsilçisinə transferi düzgün addım idi. Hər iki futbolçu liqamızı yaxşı tanıyır. Həmçinin Rəşaq Sadıqov da özünə tanış adları "Zirə"yə cəlb edib. Vinsent Tilli "Sabah"da ondan gözləniləni verməsə də, "qartallar"ın heyətində öz adından söz etdirə bilər. Futbol elədir ki, bir klubda özünü yaxşı tərəfdən göstərməyib, başqa komandada əla çıxış edə bilərsən. Yəqin ki, baş məşqçi onda hansısa potensialı görüb".

A.Nəbiyev "Sabah", "Neftçi" və "Sumqayıt"ın yeni mövsümə hazırlıqları barədə də danışıb: "Sabah" avrokuboklara görə mövsümü erkən açdı. Sloveniyanın "Selye" komandasına qarşı oyuna da baxdım. Transferlər barədə indidən nəsə demək düzgün çıxmaz. Hansısa futbolçuya bir oyunla qiymət vermək çətindir. Samir Abasov "Neftçi"də əzmkar kollektiv quracaq. Bu, onun əsas prinsiplərindən biridir. "Sumqayıt"a serbiyalı tanınmış mütəxəssis Saşa İliç gətirildi. Onun futbolçu və məşqçilik təcrübəsi komandaya xeyir verəcək".

Mütəxəssis bölgə klublarının da transferdə fəallıq göstərdiyini söyləyib: "Karvan" və "İmişli" uzun, "Qəbələ" isə 1 illik fasilədən sonra Premyer Liqaya qayıtdı. "Qırmızı-qaralar" bölgə klubları arasında infrastrukturu yaxşı olan komandadır. "Turan Tovuz" da futbol üçün yaxşı sərmayə ayırıb. "Kəpəz"də dirçəliş hiss olunur. Ayxan Abbasov "Şamaxı"da gənc və legionerlərdən ibarət yaxşı heyət qurmağa çalışır. Əgər region komandasının yaxşı maliyyəsi yoxdursa, Premyer Liqada oynamağı mənasızdır. Hazırda "İmişli" və "Karvan" bu baxımdan bir az sıxıntı çəkir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Futbol
Dünən, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Oxşar xəbərlər