top
Aqil Nəbiyev: Ədalətsiz hakimliyə baxmayaraq, Monteneqronu məğlub etdik Report.az
21 avqust 2025, 16:07
- ↺ +

Aqil Nəbiyev: "Ədalətsiz hakimliyə baxmayaraq, Monteneqronu məğlub etdik"

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Aqil Nəbiyev Monteneqro ilə keçirilən yoxalma oyununda hakim idarəçiliyindən narazı qalıb.

Bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.

Monteneqroda təlim-məşq toplanışında olan yığmanın hazırlıq matçında qazandığı qələbədən danışan A.Nəbiyev baş hakimin tez-tez yanlışlıqlara yol verdiyini deyib:

"Uzun illərdir milli komanda üçün çalışıram və aşağı yaş qruplarından ibarət yığmaları oyunlara hazırlayıram. Hələ bu qədər biabırçı hakim idarəçiliyi görməmişdim. Ədalətsiz qərarlara rəğmən, həm Monteneqronu, həm də baş hakimi məğlub etdik. Oyunda gəldikdə isə, Monteneqro millisi yaxşı futbolçulardan təşkil olunub. Onlarda müvafiq yaş qrupunun çempionatı artıq başlayıb. Yığma olaraq son 3 oyunlarını qələbə ilə başa vurublar. Slovakiya, Macarıstan, Rumıniya seçmələrinə qalib gəliblər. Rəqib komanda boy cəhətdən çox üstün idi. Bununla belə, matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Görüş istədiyimiz kimi start götürdü. Baxmayaraq ki, rəqib ev sahibi olduğu üçün daha çox təzyiq göstərməyə çalışırdı. Qarşılaşmanın gedişi göstərdi ki, hücumlara yaxşı çıxa bilirik. Şükürlər olsun ki, sonda qələbə qazandıq".

O, təlim-məşq toplanışında yer alan futbolçuların durumlarından danışıb:

"Təxminən 10 gündür ki, təlim-məşq toplanışı üçün bir araya gəlmişik. Bizim İspaniyada çıxış edən bir neçə futbolçularımız var idi ki, onlar 1 aydan çox məşq etmirdilər. Təxminən 1 həftə onlara xüsusi məşqlər keçirildi ki, yığmanın toplanışına hazır olsunlar. Yay fasiləsindən sonra toplanışa yollandıqda futbolçuların fiziki hazırlığında problemlər olur. Bildiyiniz kimi, futbolçuların fiziki durumlarını ölçmək üçün xüsusi cihazlardan istifadə olunur. Müşahidə etdik ki, ötən təlim-məşq toplanışı ilə indiki arasında mənfi mənada uçurum var. Onların əksəriyyəti oyun praktikasının yoxluğundan əziyyət çəkirlər. Çünki bu yaş qrupundan olan futbolçuların çempionatları start götürməyib".

A.Nəbiyev yaxın gələcəkdə aşağı yaş qruplarından ibarət yığmalarda çıxış edən oyunçuların əsas milliyə cəlb olunacağına inandığını söyləyib:

"Artıq U-16 və U-17 milliləri bərabər məşqlərə qatılır. Son oyunlarda qazandığımız nəticələr sevindiricidir. Kollektivdə özünəinam hissi artıb. Futbolçular qısa müddətdə məşqçilər korpsunun nə istədiyini öyrəndilər. Martdan U-17 yığmasında çalışıram. Daha əvvəldən burada olsaydım, daha yaxşı olardı. Bununla belə, çox yaxşı kollektiv formalaşdırmışıq. Ümid edirəm ki, heyətdə yer alan futbolçular yaxın gələcəkdə U-21 və əsas yığmanın üzvlərinə çevriləcəklər".

Qeyd edək ki, Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi yoxlama görüşündə ev sahibi komandaya 1:0 hesabı ilə qalib gəlib. Milli bu gün eyni komandaya qarşı ikinci yoxlama matçını keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər