top
Aqil Nəbiyev: Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar Idman.biz
20 iyun 2025, 09:18
- ↺ +

Aqil Nəbiyev: "Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar"

"UEFA Pro kursu ilə bağlı bir neçə gün Slovakiyada olduğumdan, komandaya dünən səhərə yaxın qoşulmuşam. Moldova ilə oyunda uşaqların əzmkarlığı, xarakter göstərmələri təqdirəlayiqdir. Düzdür, müdafiədə bəzi boşluqlar yaranırdı. Buna baxmayaraq, komanda sonda əzmkarlıq nümayiş etdirərək, qələbə qazanmağı bacardı".

İdman.biz xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (3:2) sonra AFFA-nın mətbuat xidmətinə bildirib.

Mütəxəssis komandasına güvəndiyini vurğulayıb: "Böyük potensiala malik, gələcəyə ümid verən komandamız var. Həm U-16, həm də U-17 milli ilə yaxşı nəticələr əldə edirik. Ümid edirəm ki, bunun davamını U-17 ilə seçmə mərhələ oyunlarında gətirə biləcəyik. Uşaqların inkişafı göz önündədir. Toplanış sayı çox olsa, daha sürətli inkişafa nail ola və böyük uğurlar qazana bilərik".

Baş məşqçi komandanın iki dəfə hesabda önə keçdikdən dərhal sonra qol buraxmasının səbəbini də izah edib: "Hesabda önə keçdikdən dərhal sonra qol buraxmağımız konsentrasiya problemindən qaynaqlanırdı. Vaxt azlığı bizə çox mane oldu. Liqalarda bəzi komandalar pley-off mərhələsinə vəsiqə qazanmadıqlarından, orada çıxış edən bir neçə futbolçumuz çoxdan idi oynamırdı. Bu da fiziki cəhətdən tam hazır olmamalarına gətirib çıxarıb. Ancaq komandama güvənirəm. Bu kollektivlə gələcəkdə böyük işlər görmək olar".

Aqil Nəbiyev iyunun 21-də Moldova yığması ilə keçiriləcək ikinci yoxlama matçında da qələbə qazanmağa çalışacaqlarını deyib: "İki oyun arasında cəmi bir gün vaxtımız var. Dünənki matçdan dərhal sonra uşaqların bərpası üçün çalışmalara başladıq. Qarşılaşma zamanı da mümkün qədər çox əvəzləmə etdik ki, futbolçuların bəzilərindən sabahkı görüşdə istifadə edə bilək. Məqsədimiz isə yenə mübariz oyun göstərmək və qələbə qazanmaq olacaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Oxşar xəbərlər