"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya çempionatında 2024/25 mövsümünün ən yaxşı məşqçisi seçilib. Sport24.az xəbər verir ki. Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisə mükafat 38-ci turun "Kalyari" ilə oyununda (2:0) təqdim olunub.
Qeyd edək ki, "Napoli" 34-cü turda "Kalyari"yə qalib gələrək (2:0) 2024/25 mövsümünün İtaliya çempionu olub.