"Azərbaycan millisi İslandiyanı yaxşı təhlil edib".
İdman.Biz bildirir ki, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk mətbuat konfransında deyib.
Müdafiəçi İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibimizi yaxşı təhlil etmişik. İslandiyanın heyətində güclü futbolçular yer alıb. Bizi çətin oyun gözləyir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.