Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, II Liqa təmsilçisini Recep Karatepe çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycanın U-21 millisinin üzvü Həsən Nəzərli "Ankaragücü"də çıxış edir.