top
Anje Mutsinzi: Avropa Liqasına getmək şansımız daha yüksəkdir - MÜSAHİBƏ Idman.biz
18 may 2025, 15:02
- ↺ +

Anje Mutsinzi: "Avropa Liqasına getmək şansımız daha yüksəkdir" - MÜSAHİBƏ

"Zirə"nin müdafiəçisi Ange Mutsinzinin Futbolxeber.az saytına müsahibəsi

- Mövsümün son ev oyununda "Sabah"la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?

- Düşünürəm ki, yaxşı oyun keçdi. Bunu hər iki komandaya şamil etmək olar. Həm biz yaxşı çıxış etdik, həm də "Sabah". Ona görə də əldə olunan 1 xalı yaxşı nəticə saymaq mümkündür. Həm də bizim üçün çempionatda hər şey həll olunub artı q.

- Fasiləyə qədər "Zirə" rəqibdən üstün olsa da, ikinci hissə barədə bunu demək olmur. Rəqib üstünlüyü ələ aldı, qol da vurdu. Bu, nədən irəli gəlirdi? Motivasiyanın yoxluğu, yoxsa yorğunluq?

- Futbolda belə hallar olur. Bəzən ilk hissədə daha yaxşı təsir bağışlayırsan, nəinki ikinci 45 dəqiqədə. Yaxud əksinə. Amma mən ikinci hissədə rəqibdən böyük ölçüdə geri qaldığımızı düşünmürəm. Biz hər iki hissədə normal futbol sərgilədik. Fasilədən sonra da qol vurmaq üçün şanslarımız oldu. Rəqib sadəcə əlinə düşən bir fürsətdən maksimum istifadə etdi.

- Məlum məsələdir ki, Avropa Liqasına yollanmaq üçün "Zirə" "Qarabağ"ın kuboku qazanmasını istəyir. Ona görə də kimə azarkeşlik edəcəyinizi soruşmayacağam. Neytral mövqedən baxsaq, final üçün şansları necə dəyərləndirərdiniz?

- Düşünürəm ki, maraqlı oyun olacaq. Hər iki komandanın heyətində yaxşı futbolçular var. "Qarabağ" çempionluğunu rəsmiləşdirib. "Sabah" üçün isə bu, son şansdır. Onlar qalib gəlmək üçün hər şeylərini verəcəklər. Odur ki, çox gərgin oyun keçəcək. Məncə, müqayisədə Avroliqaya yollanmaq şansımız daha yüksəkdir.

- "Zirə" ilə müqaviləniz davam edir. Odur ki, sizi növbəti mövsümdə də komandada görəcəyimizi deyə bilərik?

- Bəli, daha bir illik müqaviləm var. Ona görə növbəti mövsümdə də "Zirə"nin uğurları üçün çalışacağam.

- Növbəti mövsüm Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunur. Sizcə, bu, çempionatın səviyyəsinin qalxmasına gətirib çıxaracaq?

- Əvvəlki mövsümlərlə müqayisədə növbəti çempionatın daha gərgin keçəcəyini düşünürəm. Bütün komandalar limitin ləğvindən faydalanmağa çalışacaq. Gələn çempionat daha baxımlı, daha gərgin olacaq. Bunu artıq indidən söyləmək mümkündür.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Bu gün, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Bu gün, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Bu gün, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Bu gün, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Bu gün, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Oxşar xəbərlər