top
Andrey Sinenka: Qarşılaşmanın nəticəsini meydanda verilən mübarizə müəyyən edəcək - MÜSAHİBƏ Idman.biz
03 oktyabr 2025, 10:55
- ↺ +

Andrey Sinenka: "Qarşılaşmanın nəticəsini meydanda verilən mübarizə müəyyən edəcək" - MÜSAHİBƏ

"Oyundan-oyuna performansımızı artırmağa səy göstəririk, futbolçular bir-birinə daha yaxşı uyğunlaşır və meydanda effektiv əməkdaşlıq qururuq".

Bu sözləri "İmişli"nin belaruslu qapıçısı Andrey Sinenka futbolinfo.az saytına müsahibəsi zamanı deyib.

– Söhbətə 6-cı turda "Zirə" ilə etdiyiniz heç-heçədən (1:1) başlayaq. 24-cü dəqiqədə hesabda önə keçsəniz də, üstünlüyünüzü sona qədər qoruyub saxlaya bilmədiniz. Sizcə, "İmişli" güclü rəqibi ilə dueldə 1 xal qazandı, yoxsa 2 xal itirdi?

– Düşünürəm ki, qarşılaşma hər iki komanda üçün gərgin və mübarizələrlə dolu keçdi. "Zirə" güclü kollektiv olmaqla yanaşı, keyfiyyətli oyunçulara və dəqiq taktiki sistemə malikdir. Belə rəqiblərlə oynamaq həmişə asan olmur, lakin mən bu cür qarşılaşmalardan zövq alıram. Oyunun gedişatını nəzərə alsaq, nəticə qənaətbəxşdir, ancaq ideal sayılmaz. Təbii ki, qarşılaşmanın sonlarında qol buraxmaq xoşagəlməzdir, amma biz irəliyə baxırıq və nəticələrimizi yaxşılaşdırmaq üçün əzmlə çalışacağıq.

– "Zirə" ilə matça qədər Azərbaycan Premyer Liqasında qol buraxmamışdınız. 10-15 dəqiqə də dözə bilsəydiniz, "quru seriya" davam edəcəkdi. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, bu, əlbəttə ki, üzücüdür. Göründüyü kimi, digər bir belaruslu futbolçu ("Zirə"nin hücumçusu Yeqor Boqomolskini nəzərdə tutur – red.) müdafiə xəttimizdə çaşqınlıq yaratdı və bunun nəticəsində qol buraxdıq. Lakin çalışacağam ki, qarşıdakı oyunlarda yenidən uğurlu seriyalar yaradım.

– "İmişli"nin ilk 6 turdakı çıxışını ümumilikdə necə analiz edərdiniz? Komandanızın performansı sizi tam qane edirmi?

– Başlanğıcımız qənaətbəxşdir. Həm müsbət, həm də inkişaf etdirilməli məqamlar mövcuddur. Lakin biz məşqlərdə intensiv çalışır, komanda oyununu və qarşılıqlı əlaqələri davamlı şəkildə təkmilləşdiririk. Oyundan-oyuna performansımızı artırmağa səy göstəririk, futbolçular bir-birinə daha yaxşı uyğunlaşır və meydanda effektiv əməkdaşlıq qururuq. Komanda vəziyyətinə dair dəyərləndirməni isə may ayında aparacağıq.

– Növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaqsınız. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?

– "Araz Naxçıvan" böyük bir klubdur, yüksək məqsədləri və keyfiyyətli oyunçuları ilə seçilir. Biz isə qarşıdakı görüşə ciddi hazırlaşacaq, hərtərəfli analiz aparacaq və maksimum nəticə göstərməyə çalışacağıq. Qarşılaşmanın nəticəsini isə meydanda verilən mübarizə müəyyən edəcək.

– Baş məşqçi Jorj Kaştilya haqqında da fikrinizi bilmək istərdim. Onu bir məşqçi kimi necə xarakterizə edərdiniz? Kaştilyanın hansı xüsusiyyətlərini daha çox bəyənirsiniz?

– Başlanğıcdakı uğurlar tamamilə onun əməyinin nəticəsidir: gündəlik analizlər, təhlillər, məşqlər və hər bir oyunçu ilə fərdi iş. O, futbolçulara meydanda hər birinin öz vəzifəsini dəqiq və qəti şəkildə izah edir. Futbola və komandaya tam sadiqlik nümayiş etdirir. Komandanı bir məqsəd ətrafında birləşdirib. Biz isə onun əməyinə oyunlarımız və nəticələrimizlə layiqincə cavab verməyə çalışacağıq.

– Azərbaycan çempionatının səviyyəsi haqqında hansı fikirdəsiniz? Çempionatımızda sizə xoş gələn və bəyənmədiyiniz məqamlar hansılardır?

– Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir, lakin inkişaf və təkmilləşmə üçün daim imkanlar mövcuddur. Azərbaycan futbolunun aparıcı klubları ilə ciddi rəqabət yaradan bir çox keyfiyyətli komandalar və fərdi olaraq güclü oyunçular fəaliyyət göstərir. Legionerlərin çoxluğu isə həm rəqabəti, həm də çempionatın ümumi səviyyəsini yüksəldir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər