top
Andrey Lunyov növbəti dəfə Qarabağı yada salıb Sport24.az
11 fevral 2025, 12:00
- ↺ +

Andrey Lunyov növbəti dəfə "Qarabağ"ı yada salıb

"Qarabağ" mənə qalmağı təklif edirdi". Sport24.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov deyib.

 

Hazırda Moskva "Dinamo"sunda çıxış edən rusiyalı qolkiper sport24.ru saytına müsahibəsində Azərbaycan çempionundan ayrılmasının səbəbini açıqlayıb: "Məni orada hər şey qane edirdi. Bakı superşəhərdir, çox rahatdır. Mən orda sevinc hissi ilə qalardım. Oğlumun bu il beş yaşı tamam oldu, məktəbə az qalıb, hazırlıqlar başlayır. Artıq daimi yaşayış yeri haqqında qərar vermək lazım olduğu vaxt idi. Ona görə də mənə doğma Moskvaya qayıtdım. Burada uşağın inkişafı üçün imkanlar xeyli çoxdur".

 

Lunyov "Bayer"dən "Qarabağ"a keçidini də xatırlayıb: "Almaniyada oynayanda Türkiyədən də variantlar var idi. Amma həmin vaxt "Bayer" rəhbərliyi mənə güvəndiklərini və buraxmaq istəmədiklərini dedi. Nəticədə yaxşı forma yığdım. Sonradan bir neçə dəfə zədələndim. Başa düşürdüm ki, nələrisə dəyişmək lazımdır. Yayda müqaviləm başa çatdı və "Qarabağ"a keçdim".

 

Lunyov Ağdam klubunu seçməsinə də aydınlıq gətirib: "Qarabağ" çempionatda hegemondur. Müntəzəm olaraq avrokuboklarda oynayır. Bu da mənim üçün ən önəmlisi idi. Həmin vaxt Türkiyə klublarının yarısı mənimlə maraqlanırdı. Amma heç biri ilə konkret danışıqlar yox idi. Ən sanballısı "Fatih Karagümrük" idi. Mən də keçidin əleyhinə deyildim. Amma məşqçilər korpusunda dəyişikliklər oldu. Klub da mənim zədəmə görə narahat idi. Təklif etdilər ki, maaşsız müqavilə imzalayım və hər oyun üçün ödəniş etsinlər. Lap həvəskarlar liqasında olduğu kimi idi. Məni qane etmədi və imtina qərarı verdim. Kipr "Apollon"u variantı da var idi. Məni toplanışda gözləyirdilər və biletimi göndərəcəkdilər. Amma onlardan səs-səmir çıxmırdı. Bu anda "Qarabağ" peyda oldu. Onda məni "Rostov"da istəyirdi. Amma millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Azərbaycan variantımın olduğunu biləndə getməyimi məsləhət gördü".

 

Lunyov "Rostov"a getməməsini də izah edib: "Onları Sergey Pesyakov tam qane edirdi. Məni onunla rəqabət üçün istəyirdilər. Belə şərtlərdə "Qarabağ" üstün görünürdü. Yekunda da qərarıma peşman olmadım. Azərbaycanda mövsüm çox əla alındı".

 

Qeyd edək ki, Lunyov 2023/24 mövsümündə formasını geyindiyi "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub, Avropa Liqasında 1/8 finala qədər irəliləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər