Braziliya milli futbol komandasının baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatı üçün milli komandaya yalnız 100% hazır olan oyunçuları dəvət edəcəyini bildirib.
Lent.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Ançelotti etiraf edib ki, Neymar və Vinisius Junior kimi oyunçular dəvət almaya bilərlər: "Mən 100% hazır olanları seçməliyəm. Bu, yalnız Neymara aid deyil. Buraya Vinisius da daxil ola bilər. Əgər Vinisius 90% hazır olsa, mən 100% hazır olan başqa bir oyunçunu çağıracağam, çünki bu komandanın ustaliq səviyyəsi, xüsusən də hücumda çox yüksəkdir".