"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler barədə danışıb. Sport24.az xəbər verir ki, mütəxəssis son 5 matçda oyun şansı almayan 19 yaşlı yarımmüdafiəçinin zamana ehtiyacının olduğunu deyib:
"Bu, onnun və bütün gənc futbolçular üçün bir prosedurdur. Rodriqo, Valverde və Vinisius da eyni şeyi yaşayıb. Arda Gülerlə bağlı xüsusi bir məsələ yoxdur. Dünyanın ən yaxşı komandalarından birinin bir parçası olmaq üçün zamana ehtiyacı var və hər kəs bunu başa düşür. Anlamayanlar da anlamaq məcburiyyətindədirlər. Arda yaxşıdır və oynamağa hazırdır".
Qeyd edək ki, daha öncə mətbuatda Arda Gülerin ehtiyat oyunçular arasında qalmaqdan narazı olduğu ilə bağlı xəbərlər yayılmışdı. O, "Real"a 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer olunub və bu müddət ərzində 40 matçda 9 qol vurub, 5 qolun ötürməsini verib.