"Barselona"nın və Braziliya yığmasının hücumçusu Rafinya millinin qarşıdakı Boliviya ilə oyununda istirahət edə bilər.
İdman.biz bildirir ki, 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunu çərşənbə axşamından çərşənbəyə keçən gecə keçiriləcək.
Məlumata görə, Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Rafinyaya istirahət verməyi planlaşdırır. 28 yaşlı futbolçunun matça ehtiyat oyunçular skamyasında başlaması gözlənilir.
Braziliya millisi artıq gələn ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirakını təmin edib. Karlo Ançelotti mayın sonunda vəzifəsinin icrasına başlayıb. İtalyan məşqçi daha əvvəl "Real Madrid"də çalışıb.
İdman.biz