Braziliya millisinə yeni baş məşqçi təyin olunan Karlo Ançelotti məşqçilər korpusunu formalaşdırmağa başlayıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, italyan mütəxəssis Ançelotti keçmiş braziliyalı yarımmüdafiəçi Kakanı komandaya köməkçi kimi dəvət etmək imkanını nəzərdən keçirir.
Ançelotti artıq Kakaya heyətinə qatmağı təklif edib, lakin Kakanın bu təklifi qəbul edib-etmədiyi hələlik məlum deyil.
Maraqlıdır ki, Ançelotti və Kaka əvvəllər "Milan"da birlikdə çalışıblar və Karlo onun "Real"da baş məqşçisi olub.