Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının favoritlərini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, bu turnirin favoritləri var: "Real", PSJ, "Mançester Siti" və "Bavariya".
Ançelotti qeyd edib ki, ilk turlarda çoxlu qol və gözlənilməz nəticələr olub: "Bütün bunlar marağı qoruyub saxlayır. Turniri daha cəlbedici etmək üçün qrup mərhələsi genişləndirilib".
PSJ, "Bavariya", "İnter", "Arsenal" və "Real" üç turdan sonra hərəyə 9 xal toplayıblar.