top
Anatoli Nuriyev: Qəribədir ki, son oyunlarda rəqiblər daha çox... Sport24.az
23 sentyabr 2024, 09:38
- ↺ +

Anatoli Nuriyev: "Qəribədir ki, son oyunlarda rəqiblər daha çox..."

"Sabah"ın üzvü Anatoli Nuriyev Sport24.az-a müsahibə verib. "Bayquşlar"ın yarımmüdafiəçisi "Səbail" ilə oyunla bağlı fikirlərini bölüşməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

 

- Bol qollu qarşılaşma izlədik. Oyunla bağlı fikirlərin maraqlıdı...

- Gərgin oyun alındı, meydan sahibləri ilk dəqiqələrdən çox istəkli idilər. Onlar erkən qol vurmağı bacardı. Amma əsas odur ki, ruhdan düşmədik, irəli atıldıq və həm qısa vaxtda hesabı bərabərləşdirdik, həm də sonda qalib gəldik. Məncə, hesab daha böyük olmalıydı. Amma bir qolumuz qeydə alınmadı və penaltimiz verilmədi. İstənilən halda sərgilədiyimiz oyundan və nəticədən məmnumuq.

 

- Komanda qol vurmağı bacarsa da, qapısında da çox qol görür...
- Bu barədə mənim danışmağım düz deyil. Hansı futbolçuların zəif çıxış etməsi, mövqelər üzrə çatışmazlıqlarla bağlı yeganə danışmaq səlahiyyəti şəxs baş məşqçidir. O, səhvlərimizi, nöqsanlarımızı məşq prosessində bizə çatdırır. Ümumi götürəndə komanda olaraq pis müdafiə olunmadığımız qənaətindəyəm. Təbii ki, iki qol buraxmışıqsa deməli, hardasa boşluqlar verilib. Qəribədir ki, son oyunlarda rəqiblər daha çox standart vəziyyətlərdən fərqlənirlər. Bunun üzərində işləyəcəyik.

 

- Öz performansın haqqında nə deyərdin?
- Özümü qiymətləndirmək istəməzdim. Mənim işim daim üzərimdə işləmək və sabit olaraq yaxşı formada qalmaqdı.

 

- Artıq 7 tur arxada qalıb. Çempionatla bağlı fikirlərin də maraqlıdı...
- Premyer Liqada canlanma var. Hər bir komanda sona qədər mübarizə aparıb xal qazanmağa çalışır. Düşünürəm ki, bu il çempionat daha dinamik və maraqlı keçəcək.

 

- "Sabah" çempionluq uğrunda mübarizə aparmağa hazırdı? 
- Hər oyuna qələbə üçün çıxırıq. Məqsədimiz maksimum irəli getməkdir. Əziyyət çəkirik, tər tökürük. Tanrı da bizdən kömək olar.

 

- Yığmamızın Millətlər Liqasında çıxışı haqqında nə deyərdin?
- İki oyun keçirdik. İsveçlə matçtda komanda daha kreativ, istəkli idi. Çoxsaylı qol imkanları yaratsaq da, fürsətləri boşa verdik. Rəqib isə əlinə düşən imkanlardan maksimum yararlandı. Yekun nəticə sərgiılədiyimiz oyuna görə olmadı. Məğlubiyyətə layiq deyildik. Slovakiya millisi ilə matçda isə baş məşqçi rotasiya etmişdi. Onlar daha güclü komandadı və qələbəyə layiq idilər. Təbii ki, istəməzdik ki, Millətlər Liqasına ardıcıl məğlubiyyətlərlə start verək. Amma olan oldu. Artıq irəli baxmalıyıq.

 

- Səncə, hazırkı milli nəyəsə nail ola bilər?
- Komandanın oyununda inkişaf sezilir. Sadəcə, bir az da artırmaq lazımdır. Hazırkı heyətimiz yaxşıdır. Bizə bir qədər zaman lazımdır.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər