top
Anatoli Nuriyev: Avrokuboklardan kənarlaşma bizim üçün psixoloji baxımdan ağır oldu Idman.biz
01 sentyabr 2025, 11:58
- ↺ +

Anatoli Nuriyev: "Avrokuboklardan kənarlaşma bizim üçün psixoloji baxımdan ağır oldu"

"Sabah"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin Futbolinfo.az-a müsahibəsi

– "İmişli"yə 0:1 hesabı ilə məğlub oldunuz. Bu oyun barədə fikirləriniz necədir?

– Çətin rəqib idi, ağır oyun oldu. Biz topa nəzarət edirdik, amma qol vurmaq alınmadı. Əksinə, bizə qol vurdular və bundan sonra artıq heç nə edə bilmədik. Açığı, qol epizodları yaratmaq baxımından da az imkanımız oldu.

– 2 oyuna 3 xal necə nəticədir?

– 3 turdan sonra (bir matç təxirə salınıb – red.) 3 xal nəticə baxımından o qədər də yaxşı deyil, amma hələ çempionatın əvvəlidir. Növbəti oyunlara yaxşı hazırlaşıb xal ehtiyatımızı artırmağa çalışacağıq.

– Milli fasilədən maksimum yararlanmaq mümkün olacaq?

– Mən yığmaya gedəcəyəm. Bu da müəyyən çətinliklər yaradır, çünki komanda ilə birlikdə hazırlıq keçmək olmur.

– Yığmanın Ukrayna və İslandiya ilə toplanışına dəvət olunmusunuz. Bu rəqiblər barədə fikirləriniz də maraqlıdır.

– Təbii ki, baş məşqçi mənə inanıb, dəvət göndərib. Mən də əlimdən gələni etməyə çalışacağam ki, komandam üçün faydalı olum. Yığmaya kömək etmək istəyirəm.

– Ukrayna əsilli oyunçusunuz. Bu ölkənin yığması barədə nə qədər məlumatlısınız?

– Düzü, bəzi oyunçuları tanıyıram. Amma bu, futboldur. Toplanış müddətində baş məşqçimiz ilə rəqibləri daha yaxından analiz edəcəyik. Hələlik bu qədər deyə bilərəm.

– "Sabah"ın avrokuboklarda mübarizəni erkən dayandırması sizə psixoloji olaraq necə təsir edib?

– Bu, bizim üçün psixoloji baxımdan ağır oldu. Çünki biz avrokuboklarda çıxışımızı davam etdirmək istəyirdik, amma alınmadı. Önümüzə baxacağıq.

– Fasilədən sonra ilk sınağınız "Neftçi"yə qarşıdır. Bu rəqiblə görüşləriniz hər zaman dinamik keçir. Hansı motivasiya ilə hazırlaşacaqsınız?

– Bəli, millinin toplanışından sonra bu oyuna hazırlaşacağıq. İndi 3 günlük istirahətimiz var, bundan sonra isə məşqlərə başlayacağıq. Hansı hazırlıq planının olacağını artıq baş məşqçi müəyyənləşdirəcək.

– Yeni komandaların çempionata qoşulması ümumi səviyyəyə necə təsir edib?

– Məncə, ümumi səviyyə yüksəlib. İndi yaxşı komandalar çoxalıb və düşünürəm ki, bu mövsüm çempionat daha maraqlı olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Oxşar xəbərlər