Azərbaycanlı oyunçular verilən tapşırıqlardan da artığını yerinə yetirdilər.
"Report" xəbər verir ki, bunu Azərbaycanın amputant millisinin baş məşqçisi Ramil Həbibov deyib.
O, yığmanın Millətlər Liqasının C qrupunu üçüncü sırada başa vurmasını yüksək hal kimi qiymətləndirib:
"Bu bizim ilk yarışımız idi. Elə oyunçular var idi ki, ilk dəfə meydana çıxırdı. Son matçda kapitanımız Sənan Hacıyevin yoxluğu öz sözünü dedi. Deyə bilərəm ki, futbolçular verdiyimiz tapşırıqlardan da artığını etdilər. Komandanın heyətini bir qədər də gəncləşdirməyi düşünürük. Yığmanın qapısı hər kəsin üzünə açıqdır".
Qeyd edək ki, Azərbaycan seçməsi Millətlər Liqasında keçirdiyi son oyununda Ukraynaya 1:3 hesabı ilə uduzaraq qrupu üçüncü pillədə başa vurub.