Amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.
"Report"un məlumatına görə, matçlar oktyabrın 17-19-u aralığında təşkil olunacaq.
Qarşılaşmalar "ASCO Arena"da gerçəkləşəcək.
Bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.