top
Amin Ramazanov: Şahruddin mənə həm futbolda, həm də həyatda dəstək olur Idman.biz
13 sentyabr 2025, 14:51
- ↺ +

Amin Ramazanov: "Şahruddin mənə həm futbolda, həm də həyatda dəstək olur"

6 aylıq icarə əsasında I Liqa təmsilçisi "Zaqatala"ya transfer olunan "Qarabağ"ın qapıçısı Amin Ramazanovun Teleqraf-a müsahibəsi

– "Zaqatala"ya icarə əsasında transferiniz necə reallaşdı?

– Təklif gəldi, bir az düşündüm və razılaşdım.

– Birinci Liqada oynamaq sizin üçün çətin olmayacaq?

– Təbii ki, çətinlər qaçılmazdır. Amma mənim üçün ən vacibi meydanda olmaq və təcrübə toplamaqdır.

– Yeni klubunuzda artıq ilk oyuna çıxmısınız. "Cəbrayıl"a qarşı 1:0 hesablı qələbə qazandığınız matç barədə təəssüratlarınız necədir?

– Oyundan təəssüratım müsbətdir. Maraqlı qarşılaşma keçdi. Şükür, komandam qələbə qazandı. Komandada adaptasiyama kömək edən təcrübəli futbolçular var, buna görə narahat deyiləm. Mənim üçün vacib olan meydanda olmaq, daha çox oynamaqdır. Hər oyunla birlikdə inam da geri qayıdacaq.

– Ötən il "Qarabağ"da ciddi zədə alaraq demək olar, mövsümü buraxdınız. Bu, psixoloji durumunuza necə təsir etdi?

– Zədə məni bir az relsdən çıxardı, amma yaxınlarımın dəstəyi ilə vəziyyəti tezliklə psixoloji olaraq qəbul etdim. Ümumilikdə, bu zədə məni həm fiziki, həm də psixoloji baxımdan gücləndirdi. Bədənimə daha peşəkar yanaşmağa başladım.

– Hazırda "Qarabağ" azarkeşlərinin çoxu Koxalskini ən yaxşı qapıçı hesab edirlər. Komandaya geri qayıtdığınız zaman onunla rəqabət aparmaq çətin olmayacaq?

– O, son dövrdə yaxşı çıxış edir. Koxalskiyə eyni tempdə davam etməyi arzulayıram. Zaman göstərəcək… Mən də rəqabət aparacağam. Rəqabət idmançını yalnız daha da güclü edir.

– "Qarabağ"da rəqabətdə uduzmağınızın səbəbini açıqlaya bilərsiniz?

– Bu suala cavab vermək istəmirəm.

– Şahruddin sizin yaxın dostunuzdur. O, karyeranızda hansı rolu oynayıb?

– Şahruddin mənim həyatımda çox böyük rol oynayır. O mənə həm futbolda, həm də həyatda dəstək olur. Ondan maneələri aşmağı və məşqlərdə hər zaman maksimum gücümü ortaya qoymağı öyrəndim. "Qarabağ"da olan bütün qapıçılarla yaxşı münasibətlərim olub, hər biri mənə faydalı məsləhətlər verib.

– 22 yaşınızda "Qarabağ"la bir çox uğurlar qazanmısınız. Bu klub karyeranızda hansı yeri tutur?

– Bu klub mənim karyeramda çox önəmli rol oynayır. Məni peşəkar futbolçuya çevirdi. Mən "Qarabağ"a çox gənc gəlmişdim, onlar məni kişi elədilər.

– Buna qədər başqa Azərbaycan klublarından və ya xaricdən təkliflər almısınız?

– Bu suala cavab vermək istəmirəm.

– Yaxın illər üçün əsas məqsədləriniz nələrdir?

– Mənim məqsədim futbol oynamaq və özümün ən yaxşı versiyasına çevrilməkdir.

– Sonda azarkeşlərə nə demək istərdiniz?

– Azarkeşlərə dəstək sözlərinə görə ayrıca təşəkkür edirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər